Mojo.az Banner
18:07 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış  |     18:05 Azərbaycandan Gürcüstana kiloqramlarla qiymətli metal keçirmək istədi - Foto  |     17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Hacıqabulda təcili tibbi yardım maşını QƏZAYA UĞRADI: Ölən və yaralananlar var - Video (Yenilənib)

01.08.2025 13:02 1 923
Hacıqabulda təcili tibbi yardım maşını QƏZAYA UĞRADI: Ölən və yaralananlar var - Video (Yenilənib)
Hacıqabul rayonunda təcili yardım maşının qəzaya uğraması nəticəsində ölən və yaralıların şəxsiyyəti məlum olub.

Füzuli rayon sakini, 1971-ci il təvəllüdlü Namiq Həmzəyevin idarə etdiyi təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində həmyerlisi 1993-cü il təvəllüdlü Rəsul Qurbanlı ölüb. Sürücü və həkim Əliağa Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

* * * * *

Hacıqabulda təcili tibbi yardım maşınının düşdüyü qəzanın təfərrüatı məlum olub.


Oxu.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə bu gün saat 6:30-da, Bakı-Qazax magistral yolunun 98-ci kilometrliyində qeydə alınıb.

"Rüstəm Sahib oğlu Rüstəmovun idarə etdiyi "KamAZ" markalı, 14-BD-565 dövlət nömrə nişanlı yük avtomobili ilə 90-JN-615 dövlət nömrə nişanlı təcili tibbi yardım avtomobili toqquşub. Daha sonra isə təcili tibbi yardım avtomobili dəmir səddə çırpılıb. Hadisə zamanı təcili tibbi yardım avtomobilində sürücüdən əlavə iki nəfər də olub. Hələlik onların şəxsiyyətləri məlum deyil. Hər üç şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.

* * * * *

Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Navahı kəndindən keçən hissəsində baş verib.

Təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner