Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı |
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanın cənubunda ard-arda iki zəlzələ baş verib

08.09.2026 13:21 558
Gürcüstanın cənubunda ard-arda iki zəlzələ baş verib
Bu gün səhər Gürcüstanın cənub hissəsində ardıcıl iki zəlzələ baş verib.

Bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların xüsusilə Samtsxe-Cavaxeti regionunda qeydə alınıb. Məlumata görə təbiət hadisələri arasında 17 dəqiqəlik fasilə qeydə alınıb.

Birinci seysmik hadisə Tbilisi vaxtı ilə saat 08:52-də (Bakı vaxtı ilə eynidir) baş verib. Zəlzələnin episentri Axalkalaki şəhərindən 20 km şimal-şərqdə, Bejano kəndində yerləşib. Seysmoloqların məlumatına əsasən, təkanların maqnitudası 4.2, ocağının dərinliyi isə 15 km təşkil edib.

İkinci zəlzələnin vaxtı isə Tbilisi vaxtı ilə saat 09:09-a təsadüf edib. Bu yeraltı təkanın episentri Axalkalakidən 18 km şimalda, Alatumani kəndi yaxınlığında aşkarlanıb. Zəlzələnin gücü 3 maqnituda, ocağı isə 12 km dərinlikdə olub.

Son xəbərlər