Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Bakı ilk onluqda: Riyazi savadlılıq üzrə nəticələr AÇIQLANDI

08.09.2026 13:23 213
Bakı ilk onluqda: Riyazi savadlılıq üzrə nəticələr AÇIQLANDI
"Bakı riyazi savadlılıq üzrə nəticələrdə bütün qiymətləndirmə dövrləri üzrə ən yüksək irəliləyiş göstərən 10 ölkə və region arasında yer alıb. Paytaxtın nəticəsi 2022-2025-ci illər ərzində 63 bal artıb".

Bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə açıqlanıb.

Məlumata görə, bütün qiymətləndirmə dövrləri üzrə riyazi savadlılıq nəticələrində ən yüksək irəliləyiş göstərən 10 ölkə və region arasında Argentina, Albaniya, Bakı (Azərbaycan), Pekin-Şanxay-Tiencin-Çongçing (Çin), Qətər, Türkiyə, Kamboca, Qazaxıstan, Gürcüstan və İordaniya yer alıb.

Bakı (Azərbaycan) üzrə riyazi savadlılıq nəticəsi 2022-ci ildə 397 bal olduğu halda, 2025-ci ildə 460 bala yüksəlib. Beləliklə, paytaxt üzrə göstərici 63 bal artıb.

Siyahıda ən yüksək artım Argentina üzrə qeydə alınıb. Ölkənin nəticəsi 388 baldan 456 bala yüksələrək 68 bal artıb. Albaniyada artım 65 bal, P-Ş-T-Ç (Çin) üzrə 60 bal, Qətərdə 50 bal, Türkiyədə 34 bal, Kambocada 30 bal, Qazaxıstan, Gürcüstan və İordaniyada isə 27 bal təşkil edib.скачать dle 11.3
Mojo.az Banner