Mojo.az Banner
14:52 Azərbaycana gələn özbək qadın hava limanında həbs edildi  |     14:49 Rusiyanı tərk edən Hüseyn Həsənova həbs şoku  |     14:48 Baş Prokuror Şəfahət İmranova yeni vəzifə verdi  |     13:58 Sədərəkdə iki saat qaz olmayacaq  |     13:47 Cəlilabaddakı dəhşətli qətlin təfərrüatı - Həbsdən qayıdıb, qardaşının arvadından qisas almaq istəyib  |     13:39 Anar Əzimov şöbə müdiri təyin edildi  |     13:12 Bəzi rayonlara qar yağacaq, duman olacaq  |     13:11 Səlim Müslümovun milyonluq evi də satışa çıxarıldı  |     12:51 Yaxın günlərdə bütün pensiyalar artırılacaq  |     12:47 Fevralda neçə gün evdəyik?  |     12:39 "Bir sıra dövlət qurumlarında insanlar ixtisar olunur" - Fazil Mustafa  |     12:30 Cəlilabadda baltalanaraq xəsarət alan yeniyetmənin son vəziyyəti açıqlandı  |     12:21 Qumar oyunlarını təşkil və təşviq edən 429 internet resursu bloklanıb - ETX-dən xəbərdarlıq  |     12:20 Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq  |     12:03 Naxçıvan MR Konstitusiyasına dəyişikliklər II səsvermədə qəbul edildi  |     11:52 ABŞ-yə məxsus fondun Azərbaycan üzrə məsləhətçisinin məhkəməsi başlayır  |     11:47 Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb  |     11:39 Baş nazirdən mobil telefonların gömrükdən keçirilməsi ilə bağlı yeni qərar  |     11:33 Gədəbəydə faciə: 12 yaşlı uşaq boğulub öldü  |     11:29 Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq  |    
Left Banner
Right Banner

120 manata 10 həb: Bakıda keçmiş müəllim psixotrop dərman satışı ilə məşğul olurmuş

12.06.2020 17:27 3 296
120 manata 10 həb: Bakıda keçmiş müəllim psixotrop dərman satışı ilə məşğul olurmuş
Bakı Metropolitenində polis tərəfindən həbs olunan 1963-cü il təvəllüdlü Mirvari Hüseynova əvvəllər paytaxtın Yasamal rayonundakı Faiq Rzayev adına 150 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi işləyib.

Bu barədə Oxu.Az hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Xatırladaq ki, qadın iyunun 10-da Bakı metrosunda əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, psixotrop dərmanlar satmaqda şübhəli bilinib.

Əməliyyatçıların şübhələri axtarış zamanı onun çantasında 900 ədəd psixotrop “Tramadol” həbi və 56 ədəd “Paden-300” kapsulu tapıldıqdan sonra təsdiqlənib.

Eyni zamanda, M.Hüseynovanın təkbaşına fəaliyyət göstərmədiyi müəyyən olunub. Metroda çox şübhəli davranan 22-25 yaşlı gənclər əməliyyatçıların diqqətini çəkib. Onlardan biri sonradan tutulub. Məlum olub ki, M.Hüseynova saxlanılan şəxsdən kuryer kimi istifadə edib. O, M.Hüseynovanın adından malı alıcıya çatdırıb və pulu götürüb. “Tramadol”un 10 həbi 120 manata satılıb.

Qadının danışmağa getdiyi “Molekul” apteklər zəncirindəki ticarət obyektinin məsul işçisi də tutulub. M.Hüseynovanın əlbir olduğu şəxslərin adları hələlik açıqlanmayıb. Hazırda istintaq psixotrop dərmanların satılması ilə əlaqəli olan şəxslərin kimliyini müəyyənləşdirir.скачать dle 11.3