Mojo.az Banner
14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |     13:43 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib  |     13:40 ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"  |     13:37 Bakıda 420 min manatlıq mənzili saxta sənədlərlə ələ keçirib 170 min manata satdı – MƏHKƏMƏ  |     13:31 Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq  |     23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyanı tərk edən Hüseyn Həsənova həbs şoku

02.02.2026 14:49 1 056
Rusiyanı tərk edən Hüseyn Həsənova həbs şoku
Azərbaycanəsilli rusiyalı bloqer Hüseyn Həsənova qarşı ittiham irəli sürülüb.

Bu barədə Moskva Prokurorluğunun "Telegram" kanalında məlumat verilib.

Cənub İnzibati Rayon Prokurorluğu cinayət işi üzrə ittiham aktını təsdiqləyib.

Həsənov cinayət törətməklə əldə edilmiş pulların yuyulmasında ittiham olunub.

Cinayət işi hazırda axtarışda olan təqsirləndirilən şəxsin iştirakı olmadan standart məhkəmə iclası üçün Presnenski Rayon Məhkəməsinə göndərilib. Həsənova qiyabi həbs qətimkan tədbiri seçilib.

* Bakıda qadın bıçaqla Hüseyn Həsənovun evinə gələrək onu hədələyib

Bundan əvvəl istintaq müəyyən etmişdi ki, fərdi sahibkar kimi Həsənov əsl gəlirini gizlədib və Rusiya büdcəsinə 170 milyon rubldan (təxminən 3.8 milyon manat) çox vergi ödəməyib.

2025-ci ilin sentyabr ayında Federal Vergi Xidməti Həsənovun 2023-cü ildə suşi rolları istehsal etmək üçün təsis edilmiş sonuncu şirkəti olan "Banda Fuds"u ləğv edib. Şirkət zərərlə işləyib və borcu təxminən 800 000 rubl (təxminən 17 800 manat) olub.

Həsənovdan borcunu ödəmək tələb olunsa da, o, Rusiyanı tərk edib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner