Mojo.az Banner
11:18 Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Gürcüstanda ələ keçdi - Ölkəmizə gətirilir  |     23:00 Azərbaycanın Təbrizdəki baş konsulu avtomobil qəzası nəticəsində ölüb  |     22:51 Almaniyada tramvay qəzasında 27 nəfər xəsarət alıb  |     22:43 Alimentə görə həbs edilənlərin sayı açıqlandı  |     22:38 Xəzərin suyunun azalmasının səbəbi yalnız iqlim dəyişiklikləri deyil - Nazir  |     22:29 Bazar gününə olan hava proqnozu  |     22:24 Sumqayıtda qanunsuz tikili söküldü - Video  |     22:16 Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - AÇIQLAMA - VİDEO  |     22:11 Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video  |     22:03 Maaşların ödəniş qaydası dəyişir — Artıq aylıq verilməyəcək  |     21:55 Mədinə Sadıqova Avropa çempionatında qızıl medal qazanıb  |     21:50 İranda internetə çıxış 84 gündür ki, yoxdur  |     21:43 Paşinyan Baş nazir vəzifəsindən istefa verməsi üçün şərtini açıqlayıb  |     21:36 Muğlada zəlzələ olub  |     21:30 SAT imtahanında saxtakarlıq şübhəsi: Suallar öncədən satılır? - VİDEO  |     21:19 AZAL-a dəymiş zərər Rusiya tərəfindən kompensasiya ediləcək  |     21:06 Sevgi həyatında böyük dönüş yaşayacaq bürclər  |     21:00 Eyfel Qülləsinin pilləkəni rekord qiymətə satıldı  |     20:50 Aida Quliyeva vəfat etdi  |     20:42 Cəbrayılda illik iki milyon ağac tingi yetişdiriləcək  |    
Left Banner
Right Banner

Nazirlər Kabinetindən vətəndaşlara İrana səfərlərlə bağlı XƏBƏRDARLIQ

24.02.2020 18:05 1 485
Nazirlər Kabinetindən vətəndaşlara İrana səfərlərlə bağlı XƏBƏRDARLIQ
2020-ci il yanvarın 28-də Çin Xalq Respublikasında yayılmış koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Baş nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılıb, yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib.

Nazirlər Kabinetindən verilən məlumata görə, epidemiyanın təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən, hava limanlarında profilaktik tədbirlər görülür. Həmin tarixdən başlayaraq, bütün istiqamətlərdən Azərbaycana gələn sərnişinlər ciddi yoxlanılır və bu günədək ölkəmizdə koronavirusa yoluxma halı qeydə alınmayıb.

Son günlər İran İslam Respublikasında koronavirusa yoluxma hallarının artmasına və bəzi hallarda ölümlə nəticələnməsinə dair rəsmi məlumatların yayılmasından sonra Azərbaycan-İran sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib.

Fevralın 22-dən başlayaraq sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır. Bu səbəbdən keçid prosedurlarının sürəti azalıb.

Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində də nəzarət gücləndirilib. Yüklərin ölkəyə girişi və çıxışında əlavə sanitar-dezinfeksiya tədbirlərinin görülməsi davam etdirilir.

İran İslam Respublikasında yaranmış vəziyyətlə əlaqədar olaraq əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti olaraq təxirə salmaq tövsiyə olunur.

Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir. Aidiyyəti qurumlara gücləndirilmiş rejimdə fəaliyyət göstərməyə dair tapşırıqlar verilib. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bütün tədbirlər görülür və narahatlıq üçün əsas yoxdur. Epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar var.

Koronavirus epidemiyası hazırda beynəlxalq miqyaslı təhlükə olduğu üçün bu barədə təxribat xarakterli dezinformasiyalar yayılması halları da müşahidə olunmaqdadır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi məlumatlara etibar etsinlər.

Zəruri hallarda ictimaiyyətə əlavə məlumat veriləcək.скачать dle 11.3
Mojo.az Banner