Ötən il Naxçıvan Muxtar Respublikasında uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb.
Median.Az-ın məlumatına görə, 2019-cu ildə muxtar respublikada doğulan oğlanlarda Yusif, Əli, Hüseyn, Uğur və Məhəmməd, qızlarda isə Fatimə, Nilay, Zəhra, Məryəm və Zeynəb adları üstünlük təşkil edib.
Qeyd edək ki, 2019-ci ildə Naxçıvanda 5415 körpə doğumu qeydə alınıb. (azvision.az)