Azərbaycana bu ölkələrdən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:35 Azər Qasımlının məhkəməsi başladı  |     15:05 Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur (VİDEO)  |     15:02 Rusiyadan azərbaycanlılara qarşı növbəti RƏZALƏT - Ailə deportasiya edildi  |     15:01 Serj Sarqsyan rüşvət almaqda ittiham olunur  |     15:01 Milli Məclis Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yaydı  |     14:56 Yekaterinburqda OMON-çular tərəfindən saxlanılan daha bir azərbaycanlı HƏBS EDİLDİ  |     13:53 Rusiyada həbs edilən Akif Səfərov apellyasiya şikayəti verdi  |     12:56 Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir  |     12:33 AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması barədə Baş Prokurorluqdan AÇIQLAMA  |     12:32 İki boksçumuz Dünya Kubokunda dörddəbir finala yüksəldi  |     12:32 Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnə bilər  |     12:07 Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər gözlənilir  |     12:07 Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb  |     12:06 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:49 KİV Yekaterinburqda azərbaycanlıların qətlinin ehtimal olunan günahkarlarının FOTOLARINI dərc edib (FOTO)  |     11:46 Sumqayıtda 40 yaşlı qadın öldürüldü, əri saxlanıldı  |     11:45 BMT-dən Rusiya-Azərbaycan gərginliyinə reaksiya  |     11:44 Azərbaycan Polisi 107 yaşında  |     11:42 Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO  |     11:36 Goranboyda "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxsə AĞIR CƏZA  |    

Azərbaycana bu ölkələrdən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyuldu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə həyata keçirilən tədbirlərlə bağlı məlumat yayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Hindistanın Çxattisqarx, Slovakiyanın Nitryansk və Trnavsk, Rumıniyanın Maramureş, Macarıstanın Haydu-Bihar və Komarom-Esterqom, Polşanın Nijnesilezsk və Zapadno-Pomorsk, Ukraynanın Vinnitsa, Çexiyanın Vısoçina, Almaniyanın Brandenburq bölgələrində yüksək patogen quş qripi xəstəliyi, Rusiya Federasiyasının Kursk vilayətində isə Nyukasl xəstəliyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, həmin ölkələrin yüksək patogen quş qripi və Nyukasl xəstəlikləri qeydə alındığı bölgələrindən respublikamıza diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınmışdır.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə yuxarıda qeyd olunan ərazilərdən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunmuşdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 399 27.01.20 20:10