Mojo.az Banner
21:10 Bu il yol qəzalarında 140 nəfər həlak olub  |     21:03 "Livanı dərhal tərk edin!" - ABŞ-dən xəbərdarlıq  |     20:58 Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər? - AÇIQLAMA  |     20:49 İsrail 200 milyon dollarlıq silah alır  |     20:44 Qanunsuz saxlanılan 4 avtomat, 18 tüfəng aşkarlandı  |     20:36 Teleqüllə yaxınlığındakı qanunsuz tikililər söküldü - Video  |     20:31 Bu ölkədə quş qripi aşkarlanıb - Minlərlə toyuq məhv edilir  |     20:29 30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - Video  |     20:17 Əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?  |     20:05 Aİ rusiyalı məşhur müğənniyə sanksiya tətbiq etdi  |     19:57 Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu  |     19:53 Tanınmış rusiyalı teleaparıcı vəfat etdi  |     19:52 Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul edib.  |     19:40 Aİ Ukraynaya 90 milyard avro ayırdı: Rusiyaya qarşı yeni addım  |     19:35 Müctəba Xameneinin son vəziyyəti AÇIQLANDI  |     18:42 Bu marşrut nağdsız ödəniş sisteminə keçir  |     18:39 Sürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     18:37 Bakıda qadını öldürmək istəyən şəxs hakim qarşısına çıxarılıb  |     18:36 Salyanda marketdə istehlaka yararsız məhsullar aşkarlanıb  |     18:35 Bakıda məşhur biznesmeninin oğlunu aldatmaq istəyənin cinayət işinin DETALLARI  |    
Left Banner
Right Banner

SOCAR: Azərbaycana idxal edilən gübrə ölkədə istehsal edilməyən gübrə növləridir

21.10.2019 14:31 2 062
SOCAR: Azərbaycana idxal edilən gübrə ölkədə istehsal edilməyən gübrə növləridir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda bu ilin əvvəlində istifadəyə verilən Karbamid zavodu tam gücü ilə çalışır və ölkəyə idxal edilən gübrə zavodda istehsalı həyata keçirilməyən gübrə növləridir.

Bunu Report-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

“Əvvəla, qeyd etmək lazımdır ki, gübrə sırf karbamid deyil. Gübrə üç növdə olur: Azot gübrələri, fosfat gübrələri və kalium gübrələri. Karbamid azot gübrələrinin bir növü və digər gübrələr arasında ən çox azot tutumuna malik olan gübrədir.

Digər növ gübrələr, yəni fosfat və kalium gübrələri hazırda Azərbaycanda istehsal olunmur. Təbii ki, bu növ gübrələr ölkənin kənd təsərrüfatında istifadə olunduğuna görə idxal edilir. Lakin həcminə görə ən çox istifadə edilən azot gübrələridir və artıq Azərbaycanda istehsal edilir.

“SOCAR Karbamid” zavodu tam gücü ilə işləyir, ixrac həyata keçirilir, ancaq hazırda bu zavodun istehsal etdiyi məhsulun daxildə alışı nisbətən aşağıdır”, - İ.Əhmədov qeyd edib.

SOCAR rəsmisi bunu istehlakçıların hələlik daha az azot tutumuna malik selitraya alışmaları ilə əlaqələndirir:

“Selitra Azərbaycana idxal edilir. Lakin bu məhsul həm də karbamidlə müqayisədə bir az təhlükəli məhsuldur. Karbamidin təhlükəsizlik baxımından da üstünlüyü var. Yəni həm keyfiyyət, həm də təhlükəsizlik baxımından karbamid selitradan daha yaxşı və daha üstün məhsuldur.

Lakin hazırda yerli fermerlər selitraya üstünlük verirlər. Çünki əvvəldən idxal zamanı selitra karbamiddən daha ucuz başa gəlirdi. Amma hazırda karbamid yerli bazarda selitradan ucuzdur. Yəni ölkə daxilində istehsal olunan və daha keyfiyyətli məhsul olan karbamid idxal edilən və daha aşağı azot tutumu olan selitradan daha ucuzdur”.

Onun sözlərinə görə, bu məsələdə əsas maneə maarifləndirmədir:

“Bizim yerli fermerlər bu barədə daha məlumatsızdırlar. Bəlkə də, onlar hələ yeni məhsulu sınaqdan keçirməkdən çəkinirlər. Onlar daha aşağı azot tutumu olan məhsula alışıblar və yəqin ki, hələ karbamidin üstünlüklərini tam olaraq dərk etməyiblər. Fermerlərin vərdişlərinin dəyişdirilməsi bir müddət tələb edəcək”.

Bununla belə, İ.Əhmədov bütün bunların zavodun fəaliyyətinə və gəlirliyinə təsiri olmadığını, zavodun istehsal etdiyi məhsulların ixrac edildiyini qeyd edib:

“Zavod hazırda tam gücü ilə işləyir və gəlirliyində də problem yoxdur. Amma biz istərdik ki, bu zavodun istehsal etdiyi məhsullar daxili bazarda daha çox istifadə edilsin. Bunun gələcəkdə mümkün olacağına inanırıq”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan dəyəri 86 mln. 306,1 min ABŞ dolları (artım 60%) olan 249,3 min ton mineral gübrə idxal edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 35,7% çoxdur.

Polietilen zavodunun fəaliyyəti ilə daxildəki əsas tələbat qarşılanacaq

SOCAR-ın Sumqayıtdakı digər “SOCAR-Polymer” kompleksinin iki zavodu- Polipropilen və Yüksəksıxlıqlı Polietilen Zavodlarına gəlincə isə SOCAR rəsmisi qeyd edib ki, hazırda Polipropilen zavodu artıq tam normal rejimdə işləyir, Yüksəksıxlıqlı Polietilen Zavodu isə test rejimində çalışır. Onun sözlərinə görə, bu ilin sonunda və ya gələn ilin əvvəlində artıq bu zavod tam istehsal gücündə işləyəcək və kommersiya məhsulunun tam həcmini istehsal edəcək.

“Lakin nəzərə almaq lazımdır ki, polietilen zavodunun Azərbaycanda işləməsi o demək deyil ki, polietilenin bütün növləri istehsal ediləcək. Polietilen çeşidləri çoxdur və bütün məhsul çeşidlərini istehsal etmək iqtisadi baxımdan sərfəli deyil.

Polietilen zavodları adətən 4-5 növ daha çox tələbat olan məhsulu əsas hədəf götürür və onları böyük həcmlərdə istehsal edirlər. Bu, dünyada belədir. Bizdə istehsal olunan əsasən ixraca yönələn və daxili tələbatda istehsal edilən məhsullardır.

Ola bilər ki, nisbətən az istifadə edilən məhsulların istehsalı üçün başqa çeşid və növ polietilenin idxalı gələcəkdə də lazım olacaq. Lakin polietilen zavodunun fəaliyyəti ilə daxildəki əsas tələbat qarşılanacaq və böyük həcmlərdə ixrac olunacaq”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ölkəyə 39 mln. 542,4 min dollar dəyərində (artım 22,8%) 33 min 636,1 ton (artım 32,5%) polietilen idxal edilib.скачать dle 11.3
Mojo.az Banner