İlham Əliyev “SOCAR karbamid” zavodunun açılışında - YENİLƏNİB + FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 1988 ailə kirayə üsulu ilə mənzil sahibi olub  |     22:57 Şimali koreyalı hakerlər 2025-ci ildə rekord vurdu: 2 milyardlıq kriptovalyuta oğurlandı  |     22:49 "WhatsApp" statuslarına sual-cavab funksiyası gəlir - Necə işləyəcək?  |     22:42 Polkovnik-leytenantın oğlunu öldürməkdə şübhəli bilinən şəxs polisə təslim oldu  |     22:37 "Şahdağ Mehmanxana"da yoxlama: Qanunsuzluqlar aşkarlandı, sanksiyalar tətbiq edildi  |     22:30 İran toyunda Azərbaycan mahnısı: Gəlin "Qara qız"la rəqs etdi (VİDEO)  |     22:24 Qədim Roma heykəllərinin çoxu niyə başsızdır?  |     22:16 Niyə Qara dəniz dünyanın ən unikal dənizidir?  |     22:11 Bakıda köhnə dərman yeni etiketlə satılıb? (VİDEO)  |     22:01 Şağan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq  |     21:50 Əfqanıstanda bir sıra sosial şəbəkələrə giriş məhdudlaşdırılıb  |     21:41 Müdafiə Nazirliyi Naxçıvanda MAXE qəbulu elan edib  |     21:36 Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub  |     21:30 "Formula 1": "Maklaren" pilotu "Ferrari"yə keçə bilər  |     21:23 Myanmada paraplandan atılan bombalar nəticəsində 40 nəfər ölüb  |     21:07 Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib  |     21:00 Sabah Şərurun bəzi ərazilərində işıq olmayacaq  |     20:55 Sabah 28 dərəcə isti olacaq - PROQNOZ  |     20:46 Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil verilib  |     20:40 İstanbulda Bəxtiyar Vahabzadənin barelyefinin açılışı olub  |    

İlham Əliyev “SOCAR karbamid” zavodunun açılışında - YENİLƏNİB + FOTO

Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və zavodun direktoru Xəyal Cəfərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat veriblər.

Qeyd edək ki, karbamid zavodunun layihəsi prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilib.

Təməli 2011-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi ilə əlaqədar elan olunan beynəlxalq açıq tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə lisenziyaları qismində müvafiq olaraq Danimarka və Niderland şirkətləri çıxış edib.

Həmçinin, layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olunub. İnşaat zamanı təhlükəsizlik tələblərinə maksimum dərəcədə riayət edilib, iş həcmi qəzasız şəraitdə yerinə yetirilib.

Məlumat verilib ki, “SOCAR karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək.

Bu zavodun işə düşməsi Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Belə ki, karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir.

Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsuldan digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur.

İndiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcək. Nəticədə, daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq, eyni zamanda, zavod respublikamız üçün əlavə gəlir mənbəyinə çevriləcək.

“SOCAR karbamid” zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirimiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib.

Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Zavodda təxminən 500 nəfər daimi işlə təmin ediləcək. Bunun üçün SOCAR təhsil və təqaüd proqramları vasitəsilə ixtisaslı mütəxəssisləri əvvəlcədən hazırlayıb.

Prezident İlham Əliyev zavodu işə salıb. Sonra prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının əsas rezidentlərindən olan “SOCAR karbamid” zavodunun fəaliyyətindən bəhs edən filmə baxıb.

Daha sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşüb.

Prezident İlham Əliyev zavodda istehsal olunacaq məhsullara da baxıb. Zavodda gün ərzində 2000 ton karbamid istehsal ediləcək.

Sonda xatirə şəkli çəkdirilib.

* * * * *

Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisədə görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev zavodu işə salıb.

Dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.






















скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 118 16.01.19 13:40