Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı Limanı Orta Asiyadan gübrə tranzitində fəal rol oynayacaq

12.06.2021 18:03 726
Bakı Limanı Orta Asiyadan gübrə tranzitində fəal rol oynayacaq
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Batumi Multimodal Gübrə Terminalını idarə edən “Wondernet Express Investment Qroup” və ABŞ-ın "Trammo" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, hər üç qurum Orta Asiyadan ixrac olunan karbamid, kükürd və sair gübrələrin daşınmasında operativliyi təmin edəcəklər.

Bu barədə "Report"a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.

Tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialını daha da artırmaq məqsədilə Mərkəzi Asiyadan karbamid, kükürd və digər məhsulların ixracını sürətləndirmək üçün nəqliyyat, logistika və informasiya mübadiləsi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Həmçinin Bakı Limanında inşa olunan Gübrə Terminalı ilə bu gün Batumidə istismara verilən Gübrə Multimodal Terminalı arasında yük və vaqonlar haqqında məlumatların dəqiq ötürülməsi üçün rəqəmsal əlaqənin yaradılması qərara alınıb.

Üç təşkilat arasında imzalanmış sənəd regionda ticarət və logistika sahəsində dəyişən tendensiyalara tam cavab verir. Ümumilikdə Mərkəzi Asiyada Türkmənistan, Özbəkistan və Qazaxıstanın illik gübrə istehsalı 6,6 milyon tondan çoxdur. Təkcə Türkmənistanda Xəzər dənizinin şərq sahilində istifadəyə verilmiş "Qaraboğaz" gübrə zavodu 1,2 milyon tondan çox karbamid istehsal edir, onun da 90 %-dən çoxu ixrac olunur.

Bakı Limanının inşa etdirdiyi Gübrə Terminalı və Batumi limanında açılışı olan Multimodal Gübrə Terminalı ildə təxminən 2,5 milyon ton yük aşırmaq potensialına malik olacaq ki, bu da Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların artmasına ciddi təsir göstərəcəkdir.

Anlaşma Memorandumunu Bakı Limanının Liman Əməliyyatları Departamentinin müdiri Yucin Seah, Batumi Multimodal Gübrə Terminalın Baş direktoru Mamuka Murjikneli və "Trammo" şirkətinin prezidenti Edvard Vayner imzalayıblar.

Tədbirdə “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov və “Wondernet Express Investment Group”un təsisçisi Dimitri Abdushelishvili də iştirak ediblər.

Xatırladaq ki, imzalanma mərasimi Batumi Multimodal Gübrə Terminalının açılışı zamanı baş tutub və qeyd olunan tədbirdə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natiya Turnava, Acarıstanın maliyyə və iqtisadiyyat naziri Jaba Putkaradze, Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, iyun ayının 9-da Bakı Limanında Gübrə Terminalının inşasına dair məlumat verilib. Gələn ilin sonuna qədər istifadəyə veriləcək terminalda ildə 2,5 milyon ton gübrənin aşırılması mümkün olacaqdır.скачать dle 11.3
Mojo.az Banner