Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Ələtdə yeni terminalın tikintisinə başlanılır

10.06.2021 13:13 813
Ələtdə yeni terminalın tikintisinə başlanılır
Ələtdə yeni strateji gübrə terminalının tikintisinə başlanılır.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov Britaniya mətbuatına müsahibə verib.

Ələtdəki yeni strateji terminal Azərbaycan hökuməti və Bakı Limanı tərəfindən birgə maliyyələşdirilir. Terminalın 2022-ci ilin sonunda istismara verilməsi gözlənilir.

Belə ki, terminal Orta Asiya ölkələrindən Azərbaycan üzərindən qərb bazarlarına müvafiq məhsulların daşınması üçün əhəmiyyətli potensiala malik olacaq. Orta Asiyanın üç zəngin dövləti - Türkmənistan, Özbəkistan və Qazaxıstan karbamid, kükürd və kalium karbonat da daxil olmaqla illik 6,6 milyon tonu aşan müxtəlif gübrələrin istehsalını həyata keçirir.

Yeni terminal Orta Asiyanın gübrə tədarük zəncirində etibarlılığını təmin edəcək və Azərbaycana Türkmənistan, Qazaxıstan və Özbəkistandan daxil olan məhsul həcmlərini artırmağa imkan verəcək.

Bakı Limanının yeni gübrə terminalı ildə 2,5 milyon ton məhsul qəbul etmə gücünə sahib olacaq. Müəssisədə ümumi tutumu 60 min ton olan iki anbar və yeni dizayn edilmiş vaqon yükləmə stansiyasında müxtəlif növ gübrələri birbaşa anbarlara və ya vaqonlara boşaltmaq üçün ən müasir daşıyıcı sistemləri olacaq.

Qeyd edilib ki, Bakı Limanının yeni terminalı Azərbaycanın Orta Asiya dövlətləri üçün strateji tranzit ölkəsi rolunu artıracaq.скачать dle 11.3
Mojo.az Banner