Mojo.az Banner
12:50 Tramp Harvard Universitetindən bir milyard dollar tələb etdi  |     12:30 Bakıda yaşayış kompleksində dava: Cəmiyyət sədri mülkiyyətçini döydü  |     12:30 Gəncədə 25 yaşlı şəxs qətlə yetirilib - Saxlanılan var  |     12:19 Meymunçiçəyinin əsas əlaməti açıqlandı  |     11:57 Mütəxəssis təkrar qaynadılan sudan istifadənin zərərlərindən danışdı  |     11:43 "Mənə hədə-qorxu gəldilər" - Vətəndaş avtosalondan şikayət etdi (Video)  |     11:42 Ata və oğlu tərəfindən döyülən "Azəriqaz" əməkdaşı: "Deyirdi vur ölsün" - Video  |     11:39 Zabratda köhnə binanın sakinləri təhlükə altında yaşayırlar - Video  |     11:36 Atasını bıçaqlamaqda şübhəli bilinən qız saxlanıldı  |     11:30 Azərbaycanda professor vəfat etdi  |     11:25 DTX-dən əməliyyat: Rusiya-Ukrayna müharibəsində iştirak etmiş Azərbaycan vətəndaşları həbs olundular  |     11:18 Bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava  |     23:00 Şəmkirdə evdən gənc oğlanın meyiti tapılıb  |     22:54 Uzun müddət enerji saxlamaq üçün: Kofedən daha təsirli 7 qəlyanaltı  |     22:46 Kəbənin örtüyü Epşteynə göndərilibmiş  |     22:30 Tovuzda DƏHŞƏT: gənc qızın meyiti tapıldı  |     22:22 Yeniyetmələri baltalamaqda şübhəli bilinən əminin qonşuları danışdılar - VİDEO  |     22:09 Məşhur peçenyelərlə bağlı şok iddia: “Krem” əslində nədir?  |     21:59 Azərbaycanda bu deputatlara yeni VƏZİFƏ VERİLDİ  |     21:52 İsti döşəmə əslində zərərli imiş  |    
Left Banner
Right Banner

Bakıda Yana Batırşinanın gimnastika lenti hərracda 2500 avroya satıldı - FOTO

18.09.2019 19:34 2 234
Bakıda Yana Batırşinanın gimnastika lenti hərracda 2500 avroya satıldı - FOTO
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatı çərçivəsində hərrac keçirilib.

Median.Az
Trend-ə istinadən bildirir ki, xeyriyyə məqsədi daşıyan hərracda dəfələrlə dünya çempionu, 1996-cı il Yay Olimpiya Oyunlarının mükafatçısı Yana Batırşinaya məxsus gimnastika lenti satılıb.

Lentin ilkin qiyməti 100 avro təyin olunsa da, rəqəm getdikcə artmağa başlayıb.

Y.Batırşina özü 2200 avro təklif edərək lenti almaq istəsə də, bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva 2 500 avro təklif edərək lenti əldə edib.

M.Vasileva bu lenti komandaya uğur gətirməsi üçün aldığını deyib:

"Bu gün komandamız lentlə hərəkətlərlə çıxış edir, ona görə də fikirləşdim ki, bu lenti mütləq almalıyam. Əvvəlcə mən bu lenti gənc gimnastlardan birinə hədiyyə etmək istədim, amma Yana üçün onunla ayrılmağın nə qədər ağır olduğunu gördüm. Mən lenti Yanaya geri hədiyyə etmək istərdim. İstənilən halda, həmin pullar xeyriyyəyə gedəcək".

Bundan başqa, üzərində Y.Batırşinanın şəkli olan geyim hərraca çıxarılıb. Bu geyimi Ayla adlı gənc gimnast 100 manata əldə edib.

скачать dle 11.3