Bu il Azərbaycanda 31 milyard manatlıq istehsal olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bu il Azərbaycanda 31 milyard manatlıq istehsal olub

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-avqust aylarında 30,9 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a bildirilib ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artıb.

Sənaye məhsulunun 70,0 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 2,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 30,9 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, hazır metal məmulatlarının istehsalı 80,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 78,0 faiz, içkilərin istehsalı 44,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 35,8 faiz, tütün məmulatlarının istehsalı 32,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,7 faiz artıb.

Eyni zamanda, mebel istehsalı 30,4 faiz, kağız və karton istehsalı 26,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,4 faiz, qida məhsullarının istehsalı 15,7 faiz, poliqrafiya məhsullarının istehsalı 12,0 faiz, maşın və avadanlıqların istehsalı 4,6 faiz, tikinti materiallarının istehsalı 4,2 faiz, geyim istehsalı 8,1 faiz, neft məhsullarının istehsalı 1,6 faiz çoxalıb.

Əczaçılıq məhsullarının istehsalı 9,8 faiz, elektrik avadanlıqlarının istehsalı 11,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 14,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 16,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 34,5 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,5 faiz artıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 942 12.09.19 16:17