Mojo.az Banner
14:26 Fövqəladə Hallar Nazirliyindən dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə MÜRACİƏT (Video)  |     14:16 Qubada faciəli şəkildə ölən şəxs MÜƏLLİM İMİŞ  |     14:14 Biləcəridə yaşayış evinin bünövrəsi çökdü (Video)  |     14:02 Yasamalda "Express Lounge" ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb  |     13:48 Sərnişindaşıma adı altında narkokuryerlik edən şəxslər ələ keçdilər - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (Video)  |     13:38 Rayonlarda 31 torpaq sahəsi hərraca çıxarılacaq  |     13:28 Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ - Gəlinlə qardaşı tutuldular (Yenilənib)  |     13:17 Salyanda ZƏNCİRVARİ QƏZA - Xəsarət alanlar var (Video)  |     12:51 Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlikdən XƏBƏRDARLIQ  |     12:36 Hövsanda teplovoz minik avtomobili ilə toqquşub  |     12:22 "Google Translate" xidmətinə yeni funksiyalar əlavə olunub  |     12:08 DTX tərəfindən saxlanılan sabiq icra başçısının cinayət əməllərinin GÖRÜNTÜLƏRİ (Video)  |     12:05 Uşaqların "ChatGPT"dən istifadə etməsinin hansı təhlükələri var? (Video)  |     11:54 Dünyada elektromobillərə tələbatın artdığı bir vaxtda Azərbaycanda niyə azalıb? (Video)  |     11:53 Kürdəmirdə canavarların daha bir kəndə hücumu baş verib  |     11:49 Azərbaycanda broyler yumurtaları BAHALAŞDI (Video)  |     11:45 İsveçrə Rusiya ilə müharibəyə hazırlaşır  |     11:36 15 dekabr ilk dəfə Ümumdünya Türk Dilləri Günü kimi qeyd olunur  |     11:30 "İki ailəm var, maddi imkanlar çox məsələni həll edir" - "Şərurlu İsfəndiyar"dan QALMAQALLI etiraflar (Video)  |     11:22 "Lake Hotel"in dörd işçisinin ölümündə təqsirləndirilən icarədarın həbs müddəti uzadıldı  |    
Left Banner
Right Banner

Bakıda piyadanı vuraraq öldürən avtobus sürücüsü ilə bağlı QƏRAR

14.11.2023 12:21 1 404
Bakıda piyadanı vuraraq öldürən avtobus sürücüsü ilə bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində avtobusla piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Ceyhun Müslümovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Ceyhun Müslümov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə 3 noyabr 2022-ci il tarixdə, saat 21:11 radələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Alov” zavodunun qarşısında qeydə alınıb.

Belə ki, Ceyhun Müslümov şirkətlərdən birinə məxsus idarə etdiyi “Otokar” markalı 18 nömrəli marşrut xətt avtobusu ilə hərəkətdə olarkən yolu soldan sağa keçmək istəyən sərxoş vəziyyətdə olan piyada P.Məmişovu vurub. Piyada almış olduğu xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Daha sonra Ceyhun Müslümov cinayət məsuliyyətinə cəlb edilib.скачать dle 11.3