Mojo.az Banner
14:49 Həyat yoldaşı və körpəsini qətlə yetirməkdə təqsirləndirilən Fərid Hüseynlinin işi yenidən Ali Məhkəmədə  |     14:48 Gəncədə ana 40 günlük körpəsindən niyə imtina edib?  |     14:20 Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanı KTMT-nin üzvü edəcəkmiş - VİDEO  |     14:05 Şagirdlərin eksternat imtahanının nəticələri açıqlanıb  |     13:45 DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - Video  |     13:43 Təhqirə görə qonşusunu maşında bıçaqladı  |     13:42 Bakıda 37 yaşlı kişi yanaraq öldü  |     13:41 Azərbaycan neftinin qiyməti artıb  |     13:37 Azərbaycanlı məşhurun qardaşının ölümündən üç dəqiqə əvvəlki görüntüləri - Video  |     13:35 Xırdalanda nazirlik əməkdaşları alpinist ləvazimatı ilə mənzilə girdilər - Azyaşlının xilasedilmə GÖRÜNTÜLƏRİ  |     13:33 BMW yüzminlərlə avtomobilini geri çağırır  |     12:12 Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək? (Video)  |     12:08 Məşhur aktyor Ceyms Van Der Bik vəfat edib  |     12:06 Estetik əməliyyatdan sonra qadının üzü deformasiyaya uğradı - İddia (Video)  |     11:57 85 min manatlıq dələduzluq işi üzrə məhkəmə qərarı: Təqsirləndirilən şəxs öldü  |     11:27 Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edildi  |     11:23 Sumqayıtda dəhşətli yanğın: Evdən kişinin meyiti tapıldı  |     11:18 Tayvanda güclü zəlzələ oldu  |     11:14 Bakıda çəkdiyi əxlaqsız videoları sosial şəbəkədə paylaşan şəxs HƏBS OLUNDU  |     23:01 Ermənistan AES-in istismar müddətini uzadır  |    
Left Banner
Right Banner

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan müqaviləni təsdiqləyib

02.11.2023 13:28 1 965
Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan müqaviləni təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında heyvan sağlamlığı sahəsində yardımın edilməsinə dair müqaviləni təsdiqləyib.

Bu barədə “Resmi Gazete”də xəbər verilib.

Sənəd bu il avqustun 8-də Ankarada Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Ahmet Gümen tərəfindən imzalanıb.

Sənədə əsasən, Türkiyə və Azərbaycan hökumətləri aşağıdakı məsələlər üzrə razılığa gəliblər.

Belə ki, Türkiyə 2023-cü ildə dabaq xəstəliyi ilə mübarizə səylərini dəstəkləmək üçün Azərbaycanın ehtiyacı olan 250 min doza SAT-2 antigen tərkibli birvalentli dabaq peyvəndini ödənişsiz tədarük edəcək.

Bu yardım Türkiyə tərəfindən heyvan sağlamlığı ilə bağlı xidmətlərin həyata keçirilməsi və dabaq xəstəlikləri ilə mübarizə fəaliyyətlərinə dəstəyin göstərilməsi məqsədilə Azərbaycan tərəfinə dostluq və xoşniyyətlilik jesti kimi təqdim olunur.

Yardım məqsədilə veriləcək peyvəndlər tərəflər arasında müəyyən olunacaq prosedur və qaydalar çərçivəsində çatdırılacaq.

Müqavilə, tərəflərin bu müqavilənin qüvvəyə minməsi üçün zəruri olan daxili hüquqi prosedurların tamamlandığı barədə bir-birinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

Müqaviləyə dabaq xəstəliyinə qarşı peyvənd yardımı başa çatdıqdan sonra xitam veriləcək.скачать dle 11.3
Mojo.az Banner