Ramiz Mehdiyevin "dostlarına" sənəd göndərmək cəhdinə agentdən cavab: "Öz aranızda həll edin" - AUDIO / VİDEO
Audioyazı Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videomaterialda yer alıb.
Səsyazıda R.Mehdiyevin üç nəfərlə danışdığı aydın olur.
Həmin danışıqları olduğu kimi təqdim edirik:
Birinci danışıq
R.Mehdiyev: Salam.
Xarici xüsusi xidmət orqanının əməkdaşı olan qadın: Salam.
- Bu, Ramiz Mehdiyevdir.
- Bəli, bəli, Ramiz Ənvəroviç, salam. Mən sizin xahişinizi çatdırdım.
- Bəli.
- Hələlik bu qədər. Xahişinizi çatdırdım.
- Mən, bilirsiniz, ona nə göndərmək istəyirəm? Mən bir sənəd hazırlamışam. Eşidirsiniz məni?
- Bəli, bəli, eşidirəm.
- Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulması haqqında təkliflərə dair.
- Bu sizin daxili işinizdir. Öz aranızda necəsə həll edin.
- Mən köməkçiyə zəng vuracağam ki, köməkçiyə elektron poçt vasitəsilə göndərim.
- Bəli, danışdıq. Sağ olun. Hələlik. Sabaha qədər.
- Çox sağ olun.
İkinci danışıq
R.Mehdiyev: Axşamınız xeyir.
Xarici xüsusi xidmət orqanının əməkdaşı olan kişi: Salamlayıram sizi.
- İndi necə göndərək? Birincisi, mən istəyirəm ki, bizim dostlarımıza da hansısa bir üsulla çatdırmaq lazımdır.
- Biz belə edərik də... Məndə bir adam uçsa, mən sizə xəbər verəcəyəm.
- Bazar ertəsi mən zəng vuracağam. Əgər onlar razılaşsalar, mən düşünürəm ki, onlar məmnuniyyətlə razılaşacaqlar.
- Bəli, mən öyrənəcəyəm. Təlimat verəcəyəm ki, mənə PDF göndərsinlər.
- Yaxşı, danışdıq.
Üçüncü danışıq
R.Mehdiyev: Axşamınız xeyir.
Xarici xüsusi xidmət orqanının əməkdaşı olan kişi: Salam, Ramiz müəllim, necəsiniz?
- Yaxşı, sən necəsən? Vəziyyət nə yerdədir?
- Hamısını çatdırdıq.
- Çox gözəl.
- Əlavə təlimatlar gözləyirəm.
- Çox sağ ol.
Ссылка не поддерживается для встроенного формата.