Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Həyat yoldaşı və körpəsini qətlə yetirməkdə təqsirləndirilən Fərid Hüseynlinin işi yenidən Ali Məhkəmədə

12.02.2026 14:49 387
Həyat yoldaşı və körpəsini qətlə yetirməkdə təqsirləndirilən Fərid Hüseynlinin işi yenidən Ali Məhkəmədə
Həyat yoldaşını və səkkiz aylıq övladını qətlə yetirməkdə ittiham olunan Fərid Hüseynli haqqında çıxarılmış hökmdən təkrar kassasiya şikayəti daxil olub.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, sözügedən şikayət hazırda Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi altında araşdırılmaqdadır.

Xatırladaq ki, qanlı hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində baş verib.

Məlumata görə, 1993-cü il təvəllüdlü Fərid Firdovsi oğlu Hüseynli 2003-cü ildə anadan olmuş həyat yoldaşı Leyla Əlişan qızı İbadovanı və səkkiz aylıq körpəsini kəsici-deşici alətlərlə qətlə yetirməkdə günahlandırılır. Cinayəti törətdikdən sonra o, özünə də xəsarət yetirərək xəstəxanaya yerləşdirilib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri üzrə ittiham elan edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmə əsasən, Fərid Hüseynli ömürlük həbs cəzasına məhkum olunub. Sumqayıt Apellyasiya Məhkəməsi isə bu qərarı qüvvədə saxlayıb və şikayəti təmin etməyib. Daha əvvəl kassasiya instansiyasında işə baxılarkən F.Hüseynli Ali Məhkəməyə ərizə təqdim edərək, vəkili tərəfindən verilən kassasiya şikayətindən imtina etdiyini bildirmişdi.

Mərhum L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsində III kursda təhsil alırdı.скачать dle 11.3
Mojo.az Banner