Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabah üç rayonda qaz olmayacaq

12.02.2026 17:34 435
Sabah üç rayonda qaz olmayacaq
Sabah Siyəzən, Şabran və Qusar rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, Siyəzən rayonun ərazisində olan İnteqrasiya məktəbinə yeni çəkilmiş qaz xəttinin mövcud olan orta təzyiqli qaz xəttinə qoşulması ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə M.Müşfiq, H.Əliyev, T.İsmayılov, Babək, Nizami, Şəhriyar, S.Vurğun və N.Nərimanov küçələri olmaqla ümumilikdə 592 abonentin qaz təchizatında fasilə yaranacaq.

Şabran rayonun Ağalıq kəndi ərazisində istismarda olan qaz xəttində balans sayğacın quraşdırılması ilə əlaqədar olaraq saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ağalıq kəndinin müəyyən hissəsi, Daşlıyataq və Günəşli kəndləri olmaqla ümumilikdə 393 abonentin qaz təchizatında fasilə yaranacaq.

Qusar rayonun Çiləgir kəndi ərazisində isə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu müddətdə Çiləgir kəndi, H.Əliyev, Z.Əliyeva, Rəsulbəyov və Zaman Baxışov küçələri olmaqla ümumilikdə 2077 abonentin qaz təchizatında fasilə yaranacaq.скачать dle 11.3
Mojo.az Banner