Hərbi formanı yalnız bu günlərdə geyinə biləcəklər » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:50 İlham Əliyev yeni rektor TƏYİN ETDİ  |     15:32 Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda yaşayan uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub  |     15:30 Gəncədəki partlayış qəsdən törədilibmiş - VİDEO  |     15:26 Azərbaycandan Pakistan və Hindistana reyslər mərhələli şəkildə bərpa edilir  |     15:14 Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub  |     14:38 Bakıda 11 il cəza çəkən keçmiş məhkum yenidən həbs edildi  |     14:36 Rusiya ordusu Donetsk vilayətində qəsəbə üzərində nəzarəti ələ keçirdi  |     14:10 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib (YENİLƏNİB)  |     13:44 Polşadan Rusiyanı qıcıqlandıran hərəkət  |     13:27 Qazaxıstan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA yayıb  |     13:24 İcra hakimiyyəti vətəndaşın evini sökdürdü - VİDEO  |     13:07 Naxçıvanda evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar  |     13:06 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir - FOTO  |     12:45 Moskvada erməni MMA döyüşçüsünə cinayət işi açıldı  |     12:35 Bakıda kişini oğurlayıb üç gün işgəncə verdilər: "Soyundurub videoya çəkiblər"  |     12:34 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir  |     12:27 Əmək müqavilələrinə qanunsuz xitam verilən onlarla şəxs işinə bərpa olunub  |     12:27 Tramp yeni Roma Papasının seçilməsindəki rolu ilə bağlı sualı cavablandırdı  |     12:16 "Real Madrid" braziliyalı ulduzuna yeni müqavilə təklif etdi  |     12:14 PKK özünü ləğv etdi  |    

Hərbi formanı yalnız bu günlərdə geyinə biləcəklər

Azərbaycanda həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasının daşınması halları müəyyən edilir.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə” haqqında Əsasnamədə dəyişiklikdə öz əksini tapıb.

Əsasnaməyə əlavə edilməsi təklif edilən maddəyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"ndə, "Zəfər Günü"ndə və "Azərbaycan Respublikasında Anım Günü"ndə daşıya bilərlər.

Müzkirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            204 07.03.25 20:24