Binə qəsəbə stadionunun istifadəyə veriləcəyi tarix bəlli olub.
Bu barədə “Report”a sözügedən arenanın meneceri Emil Hacızadə məlumat verib.
O, prosesin ayın sonunda başa çatacağını gözlədiklərini bildirib:
“Binə qəsəbə stadionundakı iş başa çatmaq üzrədir. Hava şəraiti ilə əlaqədar ayın sonunda bitəcəyini gözləyirik. Ümumilkdə yeni süni örtük təxminən 90 faiz hazırdır. Stadionda əlavə dəyişiklik nəzərdə tutulmayıb. Örtük yenilənəndən sonra da bir neçə komandanın stadiondan istifadəsinə icazə veriləcək. I, II və Əvəzedicilər Liqasında çıxış edən komandalar məşqlərini və oyunlarını burada keçirəcəklər”.
Qeyd edək ki, Binə qəsəbə stadionu I, II və Əvəzedicilər Liqası, həmçinin aşağı yaş qrupu üzrə komandalar tərəfindən istifadə olunur.