Bu il BRICS-ə yeni üzvlərin qəbulu gözlənilmir.
Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Məsələ burasındadır ki, 2024-cü il yanvarın 1-dən BRICS demək olar ki, iki dəfə genişlənib və yeni qoşulanların uyğunlaşması hələ tam başa çatmayıb”, - o bildirib.
Qeyd edək ki, Kazanda oktyabrın 22-dən 24-dək BRICS sammiti keçiriləcək.