AZAL biletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:32 Ukrayna 2022-ci ilin fevralından bəri ilk dəfə Avropaya uçuşlara icazə verildi  |     22:23 İraq Baş naziri İŞİD liderinin öldürüldüyünü açıqlayıb  |     22:10 Gecə onlarla nömrə itib, sürücülər nə etsin? - RƏSMİ CAVAB  |     22:01 Məşhur iş adamı insan alveri ittiham edilir - Həbs olundu  |     21:55 Bir qonaqlıq, 0.7 litr araq... - Heyvan bazarında qumar oyandılar, cərimə edildilər  |     21:48 Deputat seçilən nazir müavinin xanımının yerinə təyinat  |     21:35 Bu özəl bağçada uşaqlara yatmaları üçün "ketotifen" dərmanı verilir?  |     21:30 Rusiyanın 14 şəhərini sunami təhlükəsi təhdid edir  |     21:22 Bakının bu prospekt və küçələrində binaların söküntüsü başlayır  |     21:15 Gələn il universitetlərə qəbul planı artırılacaq? - RƏSMİ  |     21:06 Meyxanaçı və 2 qadın faciəvi şəkildə öldü (FOTO)  |     20:59 Azərbaycanda tikinti materialları bahalaşdı - VİDEO  |     20:47 Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib 0 FOTO  |     20:42 Heydər Əliyev prospektində məhdudiyyət tam aradan qaldırılıb  |     20:34 Azərbaycan Basketbol Liqasında II tura start verilib  |     20:29 Cənub rayonlarında yağış, qar yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ  |     20:21 Türkiyə və Qırğızıstan XİN başçıları TDT Zirvəsinə hazırlığı müzakirə ediblər  |     20:14 “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları” dəyişib  |     20:08 Azərbaycanda bəzi bölgələrdə yağış kəsib - FAKTİKİ HAVA  |     20:00 AZAL biletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib  |    

AZAL biletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və rahatlığın artırılması məqsədilə aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib.

Median.Az
AZAL-a istinadən xəbər verir ki, yeni xidmətdən aviaşirkətin rəsmi www.azal.az saytında və yaxud mobil tətbiqində yararlanmaq olar.
Bu xidmət sərnişinlərə rezervasiyalarını sərbəst idarə etmək üçün daha geniş imkanlar təqdim edir. Vəsaitlərin geri qaytarılmasını evdən çıxmadan, kassalara və ya çağrı mərkəzinə müraciət etmədən həyata keçirmək mümkündür. Artıq sərnişinlər “Rezervasiyanın idarə edilməsi” bölməsinə daxil olaraq “Aviabiletin qaytarılması” düyməsini klikləyib dünyanın istənilən yerindən biletlərini geri qaytara bilərlər. Proses avtomatik olaraq emal olunur.
Tarifdən asılı olaraq, müştərilər aviabiletləri tam və ya qismən geri qaytara bilərlər. Bu, səyahətin müəyyən seqmentləri üzrə vəsaitin geri qaytarılmasına imkan verir. Məsələn, marşrutun bir hissəsi artıq tamamlanıbsa, sərnişin biletin qalan hissəsini geri qaytara bilər. Bu çeviklik səyahət zamanı planları dəyişən sərnişinlər üçün xüsusilə vacibdir. Bundan əlavə, xidmət bir neçə sərnişin üçün də əlçatandır ki, bu da qrup səfərlərinin idarə edilməsini asanlaşdırır. Yəni rezervasiyada bir neçə sərnişin olduğu halda, onlardan birini seçib bileti geri qaytarmaq olar.

Aviabiletlərin onlayn geri qaytarılması xidməti haqqında daha ətraflı məlumatı linkdəki videodan əldə etmək olar: https://www.youtube.com/watch?v=7Ph13ZPXiZU
AZAL-ın mobil tətbiqini https://bit.ly/azal-app linkindən yükləmək mümkündür.

Bu yeniliklər sərnişinlərə daha müasir və rahat xidmətlər təqdim etməyə yönəlib. Rəqəmsal xidmətlərin genişləndirilməsi sərnişinlər üçün yeni imkanlar yaradır və aviaşirkətlə qarşılıqlı əlaqəni daha asan və səmərəli edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            138 22.10.24 20:00