Baş verən partlayışda kürəkən öldü, qayınata cəzalandırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |     14:04 Əməkdar artist Almaz Mustafayevanın anım günüdür  |     13:36 Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - SABAHIN HAVASI  |     13:30 Kolumbiyada güclü zəlzələ baş verdi  |     13:11 Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı (YENİLƏNİB)  |     12:55 Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək  |     12:43 "Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"  |     12:35 Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib  |     12:19 Rusiyada yüksəkrütbəli hərbçilərə qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb  |     12:10 Bakıdakı şadlıq saraylarında toylar DAYANDIRILIB  |     12:09 Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub  |     12:04 Təyyarə qəzasında həlak olan Cəlilabad sakininin kimliyi müəyyən olundu  |     11:39 Xəzərdə gün ərzində üçüncü dəfə zəlzələ baş verib  |     11:20 Qazaxıstan KİV: 7 nəfərin cəsədinin şəxsiyyəti müəyyən edilib  |     11:09 Qəzanın görüntülərini yayan bloger 10 sutkalıq həbs olundu  |     23:05 Sumqayıtda iynədən şoka düşən kişi ölüb  |     22:53 Aviaqəzadan sağ çıxan zaqatalalı qız anasına video göndərdi (VİDEO)  |    

Baş verən partlayışda kürəkən öldü, qayınata cəzalandırıldı

Ötən ilin iki yanvar tarixində Binəqədi rayonu Cavadxan küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş partlayışa görə məhkəmə prosesi başa çatıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, "Şərur" MTK-ya məxsus binanın 18-ci mərtəbəsində yerləşən mənzilin sahibi 1962-ci il təvəllüdlü Əlibaba Kəlbəliyevə hökm oxunub.

O, Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi üzrə təqsirli bilinib.

Bildirilib ki, 2022-ci ildə Ə.Kəlbəliyevin qızı polis əməkdaşı Məhəmməd Babayevlə ailə qurub. Bundan sonra o, Cavadxan küçəsindəki evini kürəkəninə yaşamaq üçün verib və gənc ailə həmin mənzildə yaşamağa başlayıb.

Hadisə baş verən gün M.Babayev evə gəlib və az sonra mənzildə qaz sızmasından güclü partlayış baş verib.

Zərbənin təsirindən M.Babayev 18-ci mərtəbədəki mənzilin pəncərəsindən Cavadxan küçəsinə düşərək həlak olub. Həmçinin evə və qonşu mənzillərə məxsus qapı-pəncərələr dağılıb, əşyalar küçəyə tökülüb.

Yol kənarındakı avtomobillərə və obyektlərə ziyan dəyib. Hadisə nəticəsində bir neçə sakin də xəsarət alıb.

Ə.Kəlbəliyev hadisədən əvvəl də binada qaz sızmasının olduğunu və MTK-nın, müvafiq qurumların cavabdeh olduğunu bildirib.

O, ibtidai istintaqa verdiyi ifadəsini məhkəmədə təsdiq etməyib və hadisədə günahının olmadığını bildirib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Ə.Kəlbəliyevə 4 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun barəsindəki polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilməyib və cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            354 22.10.24 14:49