Rusiyanın 14 şəhərini sunami təhlükəsi təhdid edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |     20:17 Fatma Mahmudova xəstəxanaya YERLƏŞDİRİLDİ  |     19:55 Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA  |     19:44 Ukraynaya 12-ci hərbi yardım paketi ayrılacaq  |     19:31 Bakıda 75 yaşlı kişiyə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:19 Universitet müəllimi vəfat etdi  |     19:10 Fransada "Binance"a qarşı çirkli pulların yuyulması iddiası qaldırıldı  |     19:09 “Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib  |     19:08 Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb  |     19:07 Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək  |     19:05 709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq  |    

Rusiyanın 14 şəhərini sunami təhlükəsi təhdid edir

Rusiya Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edib ki, Uzaq Şərqdə 14 şəhər və onlarla yaşayış məntəqəsi sunaminin təsirinə həssasdır.

Qaynarinfo xəbər verir ki, bu barədə idarənin saytında yerləşdirilən məlumatda deyilir.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, Kamçatka sahillərində, Kuril adaları, Saxalin və Primorsk diyarında sunami baş verə bilər.

Sunami zamanı əsas zərərverici amil sahilə vuran güclü yüksək dalğalardır. Onlar 50-1000 km/saat sürətlə yayılırlar.

Fövqəladə Hallar Nazirliyinini məlumatına görə, sunami təhlükəsi ondan ibarətdir ki, birinci dalğanın ardınca daha da güclü dalğalar gəlir.

Nazirlik əlavə edib ki, sunami okeanın alçaq sahillərində yerləşən kəndlər, şəhərlər və tikililər, eləcə də okeana geniş açıq olan buxtaların və körfəzlərin yuxarı hissəsində yerləşən yaşayış məntəqələri üçün xüsusilə təhlükəlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            288 22.10.24 21:30