Ukrayna və Fransa infrastrukturun bərpası və inkişafı üçün 200 milyon avro dəyərində qrant sazişi imzalayıb.
Bu barədə Ukraynanın baş nazirinin müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko sosial şəbəkələrdə paylaşım edib.
“Bu, bizə Ukrayna və Fransa şirkətləri ilə birlikdə ölkəmizin infrastrukturunun bərpası və modernləşdirilməsi üzrə layihələr həyata keçirməyə imkan verəcək addımdır”, - o bildirib.
Bu məbləğin yarısı bərpa layihələri üzrə Ukrayna malları və xidmətlərinin alınmasına xərclənə bilər, qalan məbləğ isə Fransa şirkətlərinə veriləcək.