Olimpiya çempionu olan 4 cüdoçuya və 2 məşqçiyə mənzil verildi - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:50 İrəvan metrosunda insidentlə əlaqədar beş əcnəbi saxlanılıb  |     19:44 Belçikanın ticarət missiyası Azərbaycana səfər edəcək  |     19:39 Bakıda yerli istehsalçıların yarmarkası keçiriləcək  |     19:31 Qazaxda mənzildən 33 yaşlı kişinin meyiti aşkarlanıb  |     19:25 Çin ABŞ ilə ticarət danışıqlarına başlamağı planlaşdırır  |     19:16 Tərtər sakinindən "Kalaşnikov" aşkarlanıb  |     19:08 Alimlər immuniteti öyrənmək və dərman hazırlamaq üçün "çipdə sümük iliyi" yaradıblar  |     19:02 ABŞ yenidən Çini COVID-19 pandemiyasında təqsirləndirib  |     18:57 "ASAN Ximdət" və MİDA-nın kompüter sisteminə müdaxilə edən İvan Kravçukun məhkəməsi başlayır  |     18:44 Gənc oğlan yetkinlik yaşına çatmayan dayısı qızını qaçırdı - TƏFƏRRÜAT  |     18:36 "Turan Tovuz"un 19 yaşlı hücumçusu "Kəpəz"də  |     18:17 Bakıda COVID-19 xəstələrinə xidmət edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzandı  |     18:11 Günəşdə güclü partlayışlar baş verdi  |     18:05 4.5 milyondan artıq vəsaiti ölkəyə qaytarmayanlar hakim qarşısına çıxarılırlar  |     17:58 Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib  |     17:56 Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi  |     17:47 Mariya Stadnikə vəzifə verildi  |     17:45 Ötən ay doqquz aptekdə nöqsan aşkarlanıb  |     17:23 Bakıda yeni yolun inşasına start verildi - VİDEO  |     17:20 Lukaşenkonun qələbəsi rəsmiləşdi  |    

Olimpiya çempionu olan 4 cüdoçuya və 2 məşqçiyə mənzil verildi - SİYAHI


Median.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə
cüdoçularımızın son Olimpiya oyunlarındakı qələbəsinin ən maraqlı məqamlarını göstərən video-çarxlar nümayiş edilib.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin sədr müavini Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, cüdoçularımızın qələbəsindən, ölkəmizdə idmana göstərilən qayğıdan danışıblar.

Tədbirdə son Olimpiya oyunlarının qalibləri Hidayət Heydərovla Zelim Kutsayevə Beynəlxalq Cüdo Federasiyasının Cüdo üzrə Qızıl Nömrələri təqdim olunub.

Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərov elan edib ki, “AZMAN HOLDİNG” şirkəti indiyədək olimpiya çempionu titulu qazanmış cüdoçularımızı və son olimpiadada qızıl medal almış idmançılarımızın şəxsi məşqçilərini mükafatlandırmağı qərara alıb.

Daha sonra Azər Əsgərov yeni mənzillərin açarını 1992-ci il Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynova, 2008-ci il Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədliyə, 2024-cü il Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərova və Zelim Kutsayevə, həmçinin Azərbaycanın əməkdar məşqçiləri Tərlan Həsənov və Elxan Məmmədova təqdim edib.//Modern.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            249 04.09.24 17:40