Dünya çempionatı: İki güləşçimiz bürünc medal qazanıb, ikisi finala yüksəlib » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:25 Dubaydan gələn Azərbaycan vətəndaşının əl yükündə 548 karat brilyant aşkarlandı  |     16:58 "VKontakte" sosial şəbəkəsində genişmiqyaslı xəta baş verdi  |     16:21 Ermənistan ŞƏT-ə üzv olmaq niyyətini açıqladı  |     15:41 Attestata səhv qiymət yazan direktor cəzalandırıldı  |     15:37 Konsulluq əməkdaşları Bakıda saxlanılan Rusiya vətəndaşları ilə görüşəcəklər - Zaxarova  |     15:01 Emin Rusiyadakı konsertini təxirə salır? - FOTO  |     15:00 Şimali Kipr Türk Respublikasının prezidenti Füzuli rayonuna gedib  |     14:51 Rusiyanın mobil provayderlərində "az" domenli saytlara giriş məhdudlaşdırılıb  |     14:50 Alyona Əliyeva Leyla Əliyevanı təbrik etdi - FOTO  |     14:32 Pakistanın baş naziri Azərbaycana yola düşüb  |     13:44 İsrail prezidenti Azərbaycana təyin olunmuş yeni səfirlə görüşüb  |     13:38 "Crocus City Hall"da törədilən terror aktı: İcraçılar harada, necə və nə qədər müddətə hazırlaşıblar  |     13:31 Özbəkistan prezidenti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini anıb  |     13:30 Bakıda kişi sevgilisini yanacaqdoldurma məntəqəsində döydü  |     13:30 Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib  |     12:42 Həftəsonu 41 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək  |     12:33 Dövlət xidməti 62 əməkdaşı barədə Baş Prokurorluğa müraciət edib  |     12:18 Yekaterinburqda həbs edilən iki azərbaycanlı məhkəmənin qərarından şikayət edib  |     12:17 Türkiyədə qəzaya uğrayan yüngülmühərrikli təyyarə tapıldı: Bir nəfər xilas edildi  |     12:16 Lənkəranda evə hücum edib qonşusunu bıçaqlayan şəxs saxlanıldı (Yenilənib)  |    

Dünya çempionatı: İki güləşçimiz bürünc medal qazanıb, ikisi finala yüksəlib

Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən gənclər arasında dünya çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, Zirəddin Bayramov (65 kq) və Əşrəf Aşırov (79 kq) öz çəki dərəcələrində bütün rəqiblərini məğlub ediblər.

Onlar oktyabrın 25-də müvafiq olaraq İbrahim İbrahimov (AİN) və Maqomed Maqomayevə (AİN) qarşı həlledici görüşə çıxacaqlar. Kənan Heybətov (70 kq) isə təsəlliverici görüşə qatılmaq hüququna yiyələnib. Bürünc medal qazanmaq şansını davam etdirən K.Heybətov oktyabrın 25-də tunisli Faruk Jelasi ilə qarşılaşacaq.

Ağır çəki dərəcələrində Azərbaycanı təmsil edən Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) dünya çempionatının bürünc mükafatını qazanıblar. Onlar üçüncü yer uğrunda görüşdə müvafiq olaraq Andro Marqişvili (Gürcüstan) və Kumar Anirudan (Hindistan) güclü olublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 389 24.10.23 23:21