Cüdoçularımızın “Böyük dəbilqə”dəki rəqibləri bilindi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Polisin tapdığı 10 min manat onun imiş  |     22:48 Azərbaycan, İran və Rusiya arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş Moskvada keçiriləcək  |     22:39 Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb  |     22:27 Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı  |     22:14 “Beşiktaş” “Atletik”i darmadağın etdi  |     22:02 İranda dolların məzənnəsi rekord həddə yüksəldi  |     21:40 Türkiyədə kurortda baş verən yanğında ölənlərin sayı 79-a çatıb  |     21:17 Məktəblərdə 5 gün dərs olmayacaq  |     21:11 Polşada mədəndə partlayış baş verib, 14 nəfər xəstəxanaya yerləşdirilib  |     20:48 “Kotlovan”dan satılan mənzillər əhəmiyyətli dərəcədə bahalaşıb”  |     20:38 Qoşa xəttin tələbini pozan "Gelandewagen" sürücüsü SAXLANILDI  |     20:29 Türkiyədə hoteldəki yanğına görə iki məmur saxlanılıb  |     20:23 Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum oldu  |     20:14 Bələdiyyə seçkilərində Neftçalada 926 nəfər ilk dəfə səs verəcək  |     19:56 Bakı-Qazax yolunda qəza - Türkiyə vətəndaşı xəsarət aldı - FOTOlar  |     19:45 Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır  |     19:42 Məktəblərdə 5 gün dərs olmayacaq  |     19:32 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət  |     19:17 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     19:10 Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi  |    

Cüdoçularımızın “Böyük dəbilqə”dəki rəqibləri bilindi

Oktyabrın 23-dən 25-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək "Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri bəlli olub.

60 kiloqram çəkidə Kəramət Hüseynov Luka Mxeidze (Fransa), Davud Məmmədsoy Vijay Kumar Yadav (Hindistan), 66 kiloqramda Nicat Şıxəlizadə Villian Lima (Braziliya)-Yarin Menaged (İsrail) cütünün qalibi, Orxan Səfərov İvo Verhorstert (Niderland), 73 kiloqram çəkidə Telman Vəliyev Georgios Azoidis (Yunanıstan), Rüstəm Orucov Anxaya Lavjarqal (Monqolustan), 81 kiloqram çəkidə Murad Fətiyev Gilyerme Şmidt (Braziliya) və Hidayət Heydərov İvaylo İvanovla (Bolqarıstan) qüvvələrini sınayacaqlar.

Ağır çəkilər üzrə - 90 kiloqram çəkidə Məmmədəli Mehdiyev qırğızıstanlı Farux Bulekulov və avstriyalı Conatas Paçer cütünün qalibi, Rüfət İsmayılov braziliyalı Rafael Maçedo, 100 kiloqram çəkidə Elmar Qasımov macarıstanlı Peter Kordeli və Türkiyə təmsilçisi Mert Şişmanlar cütünün qalibi, Zelim Kotsoyev qazaxıstanlı Alibek Serikbayev və monqolustanlı Munqxbayar Battoqtox cütünün qalibi, 100 kiloqramdan yuxarı çəkidə isə Uşangi Kokauri Türkiyə idmançısı Cemal Erdoğan, Camal Feyziyev Bosniya və Herseqovina təmsilçisi Harun Sadikoviç ilə mübarizə aparacaqlar.

Qadınlar arasında keçirilən yarışlarda isə Aişə Qurbanlı Şirin Boukli (Fransa), Leyla Əliyeva Luka Mamira (Macarıstan) ilə 48 kiloqram çəkidə, Gültac Məmmədəliyeva Qal-Od Tserentoqxod (Monqolustan) ilə 52 kiloqram çəkidə güclərini sınayacaqlar.

Qeyd edək ki, 80 ölkədən 624 cüdoçunun qatılacağı turnirdə idmançılar Tokio Olimpiadasına reytinq xalları da qazanacaqlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            981 22.10.20 23:51