Kriştianu Ronaldudan sonra “Yuventus” klubunun daha bir futbolçusu - Ueston Makkenni koronavirusa yoluxub.
“Football-Italia” xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 10 gün karantində olacaq, oktyabrın 20-də Çempionlar Liqasında Kiyev “Dinamo”suna qarşı oyunda iştirak edə bilməyəcək.
Xatırladaq ki, ABŞ millisinin oyunçusu U.Makkeni müqavilə ilə Almaniyanın “Şalke” klubuna məxsusdur.