Azərbaycanda yeddi idmançının medalı əlindən alındı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:42 "Harri Potter"in müəllifi yeni roman yazır  |     12:40 Ölkəyə gətirilən donuz ətinin miqdarı artıb: Qiyməti açıqlandı  |     12:39 Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ - VİDEO  |     12:38 COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək  |     12:37 Bərdə-Yevlax yolunda sahibsiz itləri kim zəhərləyir? - Araşdırma başladı (VİDEO)  |     12:23 Sumqayıt səmasında qeyri-adi hadisə - VİDEO  |     12:06 Bakıda özünü polis əməkdaşı kimi təqdim edən dələduzlar peyda olublar? - İDDİA  |     11:56 Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar  |     11:51 Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı  |     11:36 Şri-Lankada sabah prezident seçkiləri keçiriləcək  |     11:27 Qar qəfil yağacaq: Sinoptiklər xəbərdarlıq etdi  |     11:10 COP29-da bu iş yerləri bağlanacaq - Mühüm AÇIQLAMA  |     22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |     22:41 Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb  |     22:32 Bakıda avtomobil motosikleti vurub  |     22:28 Rəsmi Bakıdan ABŞ Konqresinə cavab  |     22:16 Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək  |     21:50 "Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi"  |     21:45 Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir  |     21:36 Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi  |    

Azərbaycanda yeddi idmançının medalı əlindən alındı

Antidopinq qayda pozuntusunu törətmiş və barəsində idmandan uzaqlaşdırılma qərarı qüvvəyə minən bütün idmançıların dopinq nəzarətinin keçirildiyi zaman əldə etdiyi nəticələr ləğv ediləcək və müvafiq olaraq medalları geri alınacaq.

Azərbaycan Milli Anti-Dopinq Agentliyindən (AMADA) Oxu.Az-a verilən məlumata görə, bununla yanaşı, onların əvəzinə həmin nəticəyə avtomatik nail olmuş idmançıların yerləri bərpa edilməli və müvafiq medallar təqdim edilməlidir.

Ötən il beş idman növü üzrə beş yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) yeddi idmançıdan toplanmış test nümunələrinin nəticəsi müsbət çıxıb və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minib. Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla) barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb.

Həmin idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlər görülüb.

Nəticələri ləğv edilən və medalları geri alınan idmançıların siyahısı:

• Həsənbəy Həsənzadə (+109 kq). 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı – I yer

• Vasif Səfərov (+109 kq). 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı – II yer

• Orxan Zeynalov (-81 kq). 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı – II yer

• Vüqar Şirinov (-52 kq). 2019-cu ildə sambo üzrə Azərbaycan kuboku – I yer

• Aliyə Müslümova (-78 kq). 2019-cu ildə keçirilmiş cüdo üzrə U-21 gənclərin Azərbaycan birinciliyi – II yer

• Jalə Bayramova. 2019-cu ildə keçirilmiş güllə atıcılığı üzrə Azərbaycan çempionatı – I yer

• Kamran Orucov (-63 kq). 2019-cu ildə keçirilmiş boks üzrə Azərbaycan çempionatı – III yer.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 115 10.09.20 18:04