Futbol millimizin Kiprdəki məşqinin vaxtı bilindi » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:01 Qadınları İran və Bəhreynə aparan şəxslə bağlı QƏRAR  |     12:45 Gündə iki litr su mifi və sürətli arıqlamaq üçün diyetoloq tövsiyəsi  |     12:43 Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər  |     12:42 "Harri Potter"in müəllifi yeni roman yazır  |     12:40 Ölkəyə gətirilən donuz ətinin miqdarı artıb: Qiyməti açıqlandı  |     12:39 Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ - VİDEO  |     12:38 COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək  |     12:37 Bərdə-Yevlax yolunda sahibsiz itləri kim zəhərləyir? - Araşdırma başladı (VİDEO)  |     12:23 Sumqayıt səmasında qeyri-adi hadisə - VİDEO  |     12:06 Bakıda özünü polis əməkdaşı kimi təqdim edən dələduzlar peyda olublar? - İDDİA  |     11:56 Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar  |     11:51 Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı  |     11:36 Şri-Lankada sabah prezident seçkiləri keçiriləcək  |     11:27 Qar qəfil yağacaq: Sinoptiklər xəbərdarlıq etdi  |     11:10 COP29-da bu iş yerləri bağlanacaq - Mühüm AÇIQLAMA  |     22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |     22:41 Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb  |     22:32 Bakıda avtomobil motosikleti vurub  |     22:28 Rəsmi Bakıdan ABŞ Konqresinə cavab  |     22:16 Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək  |    

Futbol millimizin Kiprdəki məşqinin vaxtı bilindi

UEFA Millətlər Liqası turniri çərçivəsində sabah Kipr – Azərbaycan oyunu keçiriləcək.

AFFA-nın saytının xəbərinə görə, komandamız bu gün Kiprdə məşqə çıxacaq.

Məşq prosesi Bakı vaxtı ilə saat 20:00-da oyunun keçiriləcəyi GSP stadionunda olacaq. Bunun ilk 15 dəqiqəsi mətbuat üçün açıq keçiriləcək. Məşqdən yarım saat əvvəl isə millimizin italiyalı baş məşqçisi Canni De Byazi mətbuat konfransına çıxacaq.

Kiprin belçikalı baş məşqçisi Yohan Valem isə Bakı vaxtı ilə saat 13:00-da mətbuat konfransına çıxacaq. Saat 21:45-də isə meydan sahibi komanda oyun öncəsi son məşqini keçirəcək.

Qeyd edək ki, hər iki komanda qrupdakı ilk oyununu öz meydanında keçirsə də, uduzub. Bu görüş sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 360 07.09.20 15:58