AFFA hazırda Yunanıstanın “Atromitos” klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında oynaması üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.
Bu barədə AFFA-nın saytı məlumat yayıb.
Futbolçunun millimizin təlim-məşq toplanışına çağırılması ilə bağlı AFFA-dan “Atromitos” klubuna rəsmi dəvət göndərilib.
FIFA-nın müvafiq komissiyasında Əmir Ağayevlə bağlı müraciətə növbəti həftə baxılacaq.
Mövcud qaydalara əsasən, ölkə xaricində çıxış edən hər hansı futbolçunun milli komandaya dəvət olunması üçün müraciət kluba toplanışın başlanma tarixindən ən azı 10 gün əvvəl göndərilməlidir.
Qeyd edək ki, Afina klubu İsrail doğumlu, ötən mövsüm “Sumqayıt” klubu ilə Azərbaycan Premyer Liqasında 26 oyun keçirib, altı qol vuran Əmir Ağayevin 31 avqust – 8 sentyabr tarixlərində millimizin düşərgəsinə çağırıldığını bildirib.