Fransa Liqasında yeni mövsümünün ilk turunun "Marsel" - "Sent-Etyenn" açılış matçı təxirə salınıb.
Median.Az qol.az-a istinadən xəbər verir ki, buna "Marsel"də 3 nəfərdə koronavirus aşkarlanması səbəb olub. Qarşılaşmanın 16 və ya 17 sentyabrda keçiriləcəyi vurğulanıb.
Qeyd edək ki, "Marsel" - "Sent-Etyenn" görüşünün avqustun 21-i keçirilməsi planlaşdırılırdı.