“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
Median.Az xəbər verir ki, “qırmızı-qaralar” albaniyalı müdafiəçi Yurgen Qoxa ilə müqavilə imzalayıb.
28 yaşlı futbolçu ilə 1+1 illik anlaşma əldə olunub.
Qeyd edək ki, karyerası ərzində yalnız vətənində çıxış edən müdafiəçi ötən mövsüm icarə əsasında “Bilis”in uğurları üçün çalışıb. O, bu komandanın heyətində Superliqada 13 matçda 3 qol vurub.
Bunadək arxa xətt oyunçusu “İliriya” (2014-2015), “Erzeni” (2015-2016, 2017-2018), “Beseldja” (2016), “Şenkoli” (2017) və “Tirana” (2019-2020) klublarında forma geyinib.