"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri bilindi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Polisin tapdığı 10 min manat onun imiş  |     22:48 Azərbaycan, İran və Rusiya arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş Moskvada keçiriləcək  |     22:39 Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb  |     22:27 Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı  |     22:14 “Beşiktaş” “Atletik”i darmadağın etdi  |     22:02 İranda dolların məzənnəsi rekord həddə yüksəldi  |     21:40 Türkiyədə kurortda baş verən yanğında ölənlərin sayı 79-a çatıb  |     21:17 Məktəblərdə 5 gün dərs olmayacaq  |     21:11 Polşada mədəndə partlayış baş verib, 14 nəfər xəstəxanaya yerləşdirilib  |     20:48 “Kotlovan”dan satılan mənzillər əhəmiyyətli dərəcədə bahalaşıb”  |     20:38 Qoşa xəttin tələbini pozan "Gelandewagen" sürücüsü SAXLANILDI  |     20:29 Türkiyədə hoteldəki yanğına görə iki məmur saxlanılıb  |     20:23 Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum oldu  |     20:14 Bələdiyyə seçkilərində Neftçalada 926 nəfər ilk dəfə səs verəcək  |     19:56 Bakı-Qazax yolunda qəza - Türkiyə vətəndaşı xəsarət aldı - FOTOlar  |     19:45 Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır  |     19:42 Məktəblərdə 5 gün dərs olmayacaq  |     19:32 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət  |     19:17 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     19:10 Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi  |    

"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri bilindi

Azərbaycan çempionu "Qarabağ"ın avrokuboklardakı daha iki mümkün rəqibi bəlli olub.

Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya və Sloveniya klubları ilə də görüşə bilər.

Albaniyanın çempionu olan "Tirana" və Sloveniyada qızıl medallara layiq görülən "Çelye"nin püşk zamanı səpələnməmişlərdən olacağı dəqiqləşib. Hər iki komanda "Qarabağ"a mövsümdə ilk rəqib ola bilər.

Beləliklə, "Qarabağ"ın ilk raundda artıq bütün potensial rəqibi bilinib. Bunlar "Fola" (Lüksemburq), "Yurqorden" (İsveç), "Buduçnost" (Monteneqro), "Flora" (Estoniya), "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Konnah" (Uels), "Klaksvik" (Farer adaları), "Europa" (Cəbəllütariq), "Çelye" (Sloveniya), "KuPS" (Finlandiya), "Reykyavik" (İslandiya), "Tirana" (Albaniya), "Sileks" (Şimali Makedoniya) və "Floriana"dır (Malta). Bir mümkün rəqib isə ilkin mərhələdən gələcək. "Linfild" (Şimali İrlandiya) və "Tre Fiore" (San-Marino) ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir.

Qeyd edək ki, Çempionlar Liqasının I seçmə mərhələsinin püşkü avqustun 9-da atılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 022 23.07.20 15:36