Millimizin sabiq üzvü: “Qadağaya baxmayaraq, Norveçdə şəhidləri yad etdim” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:23 Sumqayıt səmasında qeyri-adi hadisə - VİDEO  |     12:06 Bakıda özünü polis əməkdaşı kimi təqdim edən dələduzlar peyda olublar? - İDDİA  |     11:56 Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar  |     11:51 Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı  |     11:36 Şri-Lankada sabah prezident seçkiləri keçiriləcək  |     11:27 Qar qəfil yağacaq: Sinoptiklər xəbərdarlıq etdi  |     11:10 COP29-da bu iş yerləri bağlanacaq - Mühüm AÇIQLAMA  |     22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |     22:41 Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb  |     22:32 Bakıda avtomobil motosikleti vurub  |     22:28 Rəsmi Bakıdan ABŞ Konqresinə cavab  |     22:16 Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək  |     21:50 "Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi"  |     21:45 Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir  |     21:36 Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi  |     21:29 Çeçenistanın keçmiş baş naziri Darvinin nəzəriyyəsinin qadağan edilməsini isəyir  |     21:23 Azərbaycanda kərə yağını baha edən səbəblər... - İqtisadçı ekspert açıqladı  |     21:17 Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?  |     21:08 Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? (VİDEO)  |     21:02 Yaşı 40-ı keçənlərin DİQQƏTİNƏ! - Ekspertlər XƏBƏRDARLIQ ETDİ  |    

Millimizin sabiq üzvü: “Qadağaya baxmayaraq, Norveçdə şəhidləri yad etdim” - VİDEO

“Aprel döyüşləri zamanı Avropa çempionatında mənə məşqçilərim dedilər ki, bu çəkini qaldırsan, medal sənindir. Hakimlər də mənə bildirdi ki, iştirakından sonra hərbiyə aid nəsə hərəkət etsən, səni yarışdan kənarlaşdıracağıq və medal qazansan da o, əlindən alınacaq”.

Median.Az xəbər verir ki, bunu ağırlıqqaldırma üzrə millimizin sabiq üzvü Elmar Əliyev deyib.

O, 2016-cı ilin aprelin 8-16-sı tarixlərində Norveçin Förde şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında 56 kq çəki dərəcəsində yarışıb. O, təkanla qaldırma hərəkətində əvvəlcə 130, sonra 133, sonda isə 136 kiloqramın öhdəsindən gəlib. Bununla o, təkanla qaldırma hərəkətində Avropa çempionatının kiçik bürünc medalına sahib çıxıb.

Ötən il dopinqə düşdüyü üçün dörd illik cəzalandırılan və bununla da idmançı karyerasını başa vuran Elmar Əliyev Norveçdə olan həmin tarixi hadisəni belə xatırlayıb:

“Mən hakimlərə məhəl qoymadım. Yanaşmamı bitirdim, nəticəmi etdim və heç nəyi fikirləşmədən şəhidlərimizi yad etdim. İndi də şəhid olan qardaşlarımız üçün nə lazım olsa edərik ve qanlarını yerdə qoymarıq. Allah şəhidlərimizə rəhmət eləsin!”//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 939 14.07.20 22:01