Azərbaycan atleti dopinq səbəbindən London Olimpiadasında bir pillə irəliləyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Polisin tapdığı 10 min manat onun imiş  |     22:48 Azərbaycan, İran və Rusiya arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş Moskvada keçiriləcək  |     22:39 Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb  |     22:27 Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı  |     22:14 “Beşiktaş” “Atletik”i darmadağın etdi  |     22:02 İranda dolların məzənnəsi rekord həddə yüksəldi  |     21:40 Türkiyədə kurortda baş verən yanğında ölənlərin sayı 79-a çatıb  |     21:17 Məktəblərdə 5 gün dərs olmayacaq  |     21:11 Polşada mədəndə partlayış baş verib, 14 nəfər xəstəxanaya yerləşdirilib  |     20:48 “Kotlovan”dan satılan mənzillər əhəmiyyətli dərəcədə bahalaşıb”  |     20:38 Qoşa xəttin tələbini pozan "Gelandewagen" sürücüsü SAXLANILDI  |     20:29 Türkiyədə hoteldəki yanğına görə iki məmur saxlanılıb  |     20:23 Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum oldu  |     20:14 Bələdiyyə seçkilərində Neftçalada 926 nəfər ilk dəfə səs verəcək  |     19:56 Bakı-Qazax yolunda qəza - Türkiyə vətəndaşı xəsarət aldı - FOTOlar  |     19:45 Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır  |     19:42 Məktəblərdə 5 gün dərs olmayacaq  |     19:32 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət  |     19:17 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     19:10 Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi  |    

Azərbaycan atleti dopinq səbəbindən London Olimpiadasında bir pillə irəliləyib

Beynəlxalq Olimpiya Komitəsi (BOK) ağır atletika üzrə dünya çempionu Mete Binayla bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, antidopinq qaydalarını pozan türkiyəli atletin London-2012 Yay Olimpiya Oyunlarındakı nəticələri ləğv edilib.

69 kq çəki dərəcəsində çıxış edən idmançı Böyük Britaniya paytaxtında 6-cı yeri tutub. Onun orqanizmində stenazalol aşkarlanıb. Nəticəsi ləğv olunan idmançıya təqdim olunan diplomun geri qaytarılması barədə Türkiyə Olimpiya Komitəsinə müraciət ünvanlanıb. BOK Binayla bağlı gələcək qərarları verməyi Beynəlxalq Ağır Atletika Federasiyasına (İWF) həvalə edib.

Türkiyəlinin nəticəsinin ləğvi London-2012-də bu çəkidə çıxış etmiş Azərbaycan idmançısı Sərdar Həsənovun da göstəricisinə təsir edib. Olimpiadada 8-ci yeri tutan atletimiz 7-ci yerə yüksəlib.

Qeyd edək ki, Binay 2010-cu ildə dünya və Avropa çempionu adını qazanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 414 09.07.20 23:27