İngiltərənin “Mançester Siti” klubundan ayrılacaq ilk futbolçunun adına aydınlıq gəlib.
34 yaşlı ispaniyalı yarımmüdafiəçi David Silva mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
Qeyd edək ki, 10 ildir bu klubun şərəfini qoruyan David Silva dünən “Nyukasl” üzərində qazanılan böyük hesablı qələbəyə (5:0) bir qol və iki məhsuldar ötürmə ilə töhfəsini verib.