"Formula 1"in keçmiş sahibi Berni Ekklstounun oğlu dünyaya gəlib.
Median.Az-ın "Blick" nəşrinə istinadən məlumatına görə, 89 yaşlı iş adamı övladına Eys adı verib. Britaniyalı milyarderin Petra (31 yaş), Tamara (36 yaş) və Debora (65 yaş) adlı 3 qızı da var.
Qeyd edək ki, Berni Ekklstoun 2017-ci ildə "Formula 1"i "Lyberty Media"ya satıb. Onun fəxri prezidentlik müddəti isə 2020-ci ilin yanvarında başa çatıb.