Azərbaycan idmançısı 12 illik diskvalifikasiya edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:45 Gündə iki litr su mifi və sürətli arıqlamaq üçün diyetoloq tövsiyəsi  |     12:43 Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər  |     12:42 "Harri Potter"in müəllifi yeni roman yazır  |     12:40 Ölkəyə gətirilən donuz ətinin miqdarı artıb: Qiyməti açıqlandı  |     12:39 Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ - VİDEO  |     12:38 COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək  |     12:37 Bərdə-Yevlax yolunda sahibsiz itləri kim zəhərləyir? - Araşdırma başladı (VİDEO)  |     12:23 Sumqayıt səmasında qeyri-adi hadisə - VİDEO  |     12:06 Bakıda özünü polis əməkdaşı kimi təqdim edən dələduzlar peyda olublar? - İDDİA  |     11:56 Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar  |     11:51 Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı  |     11:36 Şri-Lankada sabah prezident seçkiləri keçiriləcək  |     11:27 Qar qəfil yağacaq: Sinoptiklər xəbərdarlıq etdi  |     11:10 COP29-da bu iş yerləri bağlanacaq - Mühüm AÇIQLAMA  |     22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |     22:41 Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb  |     22:32 Bakıda avtomobil motosikleti vurub  |     22:28 Rəsmi Bakıdan ABŞ Konqresinə cavab  |     22:16 Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək  |     21:50 "Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi"  |    

Azərbaycan idmançısı 12 illik diskvalifikasiya edildi

Azərbaycanın daha iki idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, Həsənbəy Həsənzadə və Kamran Orucov diskvalifikasiyaya məruz qalıb.

Ağırlıqqaldıran Həsənzadədən alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində Ekzogen AAS/ oksandrolon, həmçinin Ekzogen AAS/ oksimetolon metabolitləri və metasteron tapılıb. O, bu səbəbdən 144 ay (12 il) cəzalandırılıb. Atletin diskvalifikasiya müddəti 2019-cu il martın 11-dən hesablanmağa başlanılıb və 2031-ci il martın 11-də bitəcək.

Bir dəfə boks üzrə Azərbaycan çempionatında qüvvəsini sınamış Orucov da cəzaya məruz qalıb. Əsas idman növü kikboksinq sayılan Kamran 2 il yarışlara qatıla bilməyəcək. Onda Stimulyantlar/ 4-methylhexan-2-amine (methylhexaneamine) aşkarlanıb. İdmançının cəzası 2022-ci il mayın 8-də başa çatacaq.

Qeyd edək ki, AMADA daha öncə 53 idmançımıza cəza tətbiq edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 709 29.06.20 23:08