Qazaxıstanın “Kaysar” futbol klubunda koronavirusun yayılması faktı qeydə alınıb.
Sport.kz saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Stoyço Mladenov məlumat verib.
Mütəxəssis qeyd edib ki, 10 əsas oyunçu və gənclərdən ibarət komandadan daha 15 nəfərin testinin cavabı müsbət olub.
İyulun 1-də Qazaxıstan Premyer Liqası çərçivəsində “Kaysar” klubu “Taraz”la qarşılaşmalı idi. Ancaq Mladenovun sözlərinə görə, matçın taleyi hələ də bəlli deyil.
Görüş çempionatın bərpa olunmasından sonra komanda üçün ilk qarşılaşma olacaqdı.