Koronavirusa inanmayan dünyanın bir nömrəli tennisçisinin testinin cavabları müsbət çıxdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:40 Ölkəyə gətirilən donuz ətinin miqdarı artıb: Qiyməti açıqlandı  |     12:39 Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ - VİDEO  |     12:38 COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək  |     12:37 Bərdə-Yevlax yolunda sahibsiz itləri kim zəhərləyir? - Araşdırma başladı (VİDEO)  |     12:23 Sumqayıt səmasında qeyri-adi hadisə - VİDEO  |     12:06 Bakıda özünü polis əməkdaşı kimi təqdim edən dələduzlar peyda olublar? - İDDİA  |     11:56 Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar  |     11:51 Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı  |     11:36 Şri-Lankada sabah prezident seçkiləri keçiriləcək  |     11:27 Qar qəfil yağacaq: Sinoptiklər xəbərdarlıq etdi  |     11:10 COP29-da bu iş yerləri bağlanacaq - Mühüm AÇIQLAMA  |     22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |     22:41 Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb  |     22:32 Bakıda avtomobil motosikleti vurub  |     22:28 Rəsmi Bakıdan ABŞ Konqresinə cavab  |     22:16 Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək  |     21:50 "Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi"  |     21:45 Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir  |     21:36 Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi  |     21:29 Çeçenistanın keçmiş baş naziri Darvinin nəzəriyyəsinin qadağan edilməsini isəyir  |    

Koronavirusa inanmayan dünyanın bir nömrəli tennisçisinin testinin cavabları müsbət çıxdı

Dünyanın bir nömrəli raketka ustası, serbiyalı Novak Cokoviçin koronavirus testinin cavabları müsbət çıxıb.

Bu barədə 360 TV xəbər yayıb.

Məlumata görə, onun xanımı Yelenada da COVID-19 aşkarlanıb. Cütlüyün uşaqlarının test cavabları hələ məlum deyil.

Qeyd olunur ki, Xorvatiyada keçirilən “Adria Tour” tennis turnirində çıxış edən Novak Cokoviçin komanda yoldaşı və onunla sıx əlaqədə olan Qriqor Dimitrov COVID-19 virusuna yoluxduğunu açıqlayıb.

Bu hadisədən dərhal sonra komandanın baş məşqçisi Qoran İvanişeviç də koronavirus testindən keçib və nəticə mənfi olub.

Bundan başqa, Viktor Troitskidə və hamilə xanımında, Borna Çoriçdə, həmçinin Cokoviçin fitnes-məşqçisində koronavirus müəyyən olunub.

Xatırladaq ki, dünyanın bir nömrəli raketka ustası Novak Cokoviç koronavirus analizi verməkdən imtina etmişdi.

O, ümumiyyətlə, COVID-19-a qarşı vaksinasiya və peyvəndin qəti əleyhdarıdır. Hətta fikrini təsdiqləmək üçün vətəni Serbiyada və qonşu Xorvatiyada turnir təşkil edib. Nəticə isə göz qabağındadır.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 288 24.06.20 11:56