Çempionlar Liqasının oyunları Portuqaliyada keçiriləcək - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:45 Gündə iki litr su mifi və sürətli arıqlamaq üçün diyetoloq tövsiyəsi  |     12:43 Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər  |     12:42 "Harri Potter"in müəllifi yeni roman yazır  |     12:40 Ölkəyə gətirilən donuz ətinin miqdarı artıb: Qiyməti açıqlandı  |     12:39 Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ - VİDEO  |     12:38 COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək  |     12:37 Bərdə-Yevlax yolunda sahibsiz itləri kim zəhərləyir? - Araşdırma başladı (VİDEO)  |     12:23 Sumqayıt səmasında qeyri-adi hadisə - VİDEO  |     12:06 Bakıda özünü polis əməkdaşı kimi təqdim edən dələduzlar peyda olublar? - İDDİA  |     11:56 Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar  |     11:51 Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı  |     11:36 Şri-Lankada sabah prezident seçkiləri keçiriləcək  |     11:27 Qar qəfil yağacaq: Sinoptiklər xəbərdarlıq etdi  |     11:10 COP29-da bu iş yerləri bağlanacaq - Mühüm AÇIQLAMA  |     22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |     22:41 Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb  |     22:32 Bakıda avtomobil motosikleti vurub  |     22:28 Rəsmi Bakıdan ABŞ Konqresinə cavab  |     22:16 Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək  |     21:50 "Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi"  |    

Çempionlar Liqasının oyunları Portuqaliyada keçiriləcək - RƏSMİ

UEFA Çempionlar Liqası ilə bağlı cari mövsümün təqvimi müəyyənləşib.

7 avqustda cari mövsüm bərpa olunacaq.

Bütün qarşılaşmalar tək matçlı sistemlə keçiriləcək. 7-8 avqustda 1/8 finalın yerdə qalan dörd qarşılaşması baş tutacaq. Lakin oyunların harada keçiriləcəyi hələlik dəqiqləşməyib. Bu görüşlər ya meydan sahiblərinə məxsus stadionda və ya Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.

12-15 avqustda 1/4, 18-19 avqustda yarımfinal və 23 avqustda final görüşlərinin isə Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsi dəqiqləşib. Final “Benfika”nın stadionunda baş tutacaq.

Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bundan başqa, Çempionlar Liqasının finalının 2021-ci ildə İstanbulda, 2022-ci ildə Sankt-Peterburqda, 2023-cü ildə Münhendə və 2024-cü ildə Londonda keçirilməsi təsdiqlənib.

Həmçinin yerli federasiyalara avqustun 3-dək avrokuboklara gedəcək komandaları müəyyənləşdirmək tapşırılıb.

2020-ci ilin Superkubok qarşılaşması sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Superkubok matçı 2021-ci ildə Şimali İrlandiyanın Belfast, 2022-ci ildə Helsinki və 2023-cü ildə Rusiyanın Kazan şəhərində baş tutacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 333 17.06.20 20:09