Ukraynada yaşayan azərbaycanlı “Professor”: “Qismət olsa, Azərbaycan pasportu da alaram” » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:40 Ölkəyə gətirilən donuz ətinin miqdarı artıb: Qiyməti açıqlandı  |     12:39 Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ  |     12:38 COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək  |     12:37 Bərdə-Yevlax yolunda sahibsiz itləri kim zəhərləyir? - Araşdırma başladı (VİDEO)  |     12:23 Sumqayıt səmasında qeyri-adi hadisə - VİDEO  |     12:06 Bakıda özünü polis əməkdaşı kimi təqdim edən dələduzlar peyda olublar? - İDDİA  |     11:56 Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar  |     11:51 Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı  |     11:36 Şri-Lankada sabah prezident seçkiləri keçiriləcək  |     11:27 Qar qəfil yağacaq: Sinoptiklər xəbərdarlıq etdi  |     11:10 COP29-da bu iş yerləri bağlanacaq - Mühüm AÇIQLAMA  |     22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |     22:41 Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb  |     22:32 Bakıda avtomobil motosikleti vurub  |     22:28 Rəsmi Bakıdan ABŞ Konqresinə cavab  |     22:16 Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək  |     21:50 "Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi"  |     21:45 Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir  |     21:36 Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi  |     21:29 Çeçenistanın keçmiş baş naziri Darvinin nəzəriyyəsinin qadağan edilməsini isəyir  |    

Ukraynada yaşayan azərbaycanlı “Professor”: “Qismət olsa, Azərbaycan pasportu da alaram”

“Professor” ləqəbli peşəkar kikboksinq üzrə azərbaycanlı idmançı Alim Nəbiyevin oxu.az saytına müsahibəsi

– Karantin necə keçir?

– Karantin yaxşı keçir. Evdə otururam. Uşağım olub, oğlandır. Adını hələ heç kimə demirəm, sürpriz saxlayıram. Məşqlərim bir az pis keçdi. Çünki bir ay ailə vəziyyətimlə bağlı olaraq xəstəxanalarda oldum, məşqlərə vaxt edə bilmədim. İndi isə hər şey yaxşıdır.

– Hazırda fiziki formanız nə yerdədir?

– Evdə məşqlərə başlamışam. “Glory” turnirindən cavab gözləyirəm. İnşallah, 2-3 həftəyə ordan mənim döyüşümlə bağlı cavab verməlidirlər. Sentyabr-oktyabra döyüş salınsa, zalda məşqlərə başlayacağam. Sərhədlər açılsa, xaricə təlim-məşq toplanışına gedəcəyəm.

– Ukraynada zalların durumu nə yerdədir? Açıq olanı var?

– Böyük fitness zalları bağlı idi, yenicə açılıb. Yaşadığım Poltava şəhərində iki kikboksinq zalı var. Bunların birində istənilən vaxt məşq keçə bilərəm. Dediyim kimi, artıq məşqlərə başlamışam. Bir aya əvvəlki fiziki formamı bərpa edəcəyəm. Sərhədlər açıldıqdan sonra da fikrim budur ki, ilk səfərimi Azərbaycana edim. Çünki Bakıda çoxlu dost-tanışlarım var. Bəlkə də təlim-məşq toplanışını orda keçirdim.

– Bir az özünüz haqda da məlumat verin. Necə oldu ki, Ukraynada yaşayırsınız?

– Gürcüstanın Telavi rayonunun Qaraçala kəndində anadan olmuşam. Valideynlərim Tbilisidə yaşayır. 3 yaşımda ordan Türkiyəyə köçdük. 5 yaşımda isə Ukraynaya gəldim. Məktəbi Ukraynada bitirmişəm, idmana da burda getmişəm. Mənim həm Ukrayna, həm də Gürcüstan vətəndaşlığım var. Qismət olsa, Azərbaycan pasportu da alaram.

– “Glory” turnirində növbəti rəqibiniz kim ola bilər?

– Hələ heç nə bilinmir. Amma Arubadan olan Eyevan Danenberqlə revanş görüşüm ola bilər. Onu iki il əvvəl onun vətəndaşı olduğu Niderlandın paytaxtı Amsterdamda məğlub etmişəm.

– Bir ara “Qəbələ” klubunun idmançısı idiniz. Hazırda bu klubla müqaviləniz nə yerdədir?

– “Qəbələ” ilə müqaviləm başa çatıb. Amma klub rəhbərliyi ilə yaxşı münasibətim qalmaqdadır. Rəsmi olaraq isə hazırda məni “Qəbələ” ilə heç nə bağlamır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 189 10.06.20 21:47