AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Uels matçı sona çatıb.
Median.Az xəbər verir ki, görüş qonaq komandanın qələbəsi ilə bitib. Uels komandası millimizi 0:2 hesabı ilə məğlub edib.
Bununla da Uels komandası xallarını 11-ə çatdırıb.
***
“Bornmut”un futbolçusu Hari Vilson 34-cü dəqiqədə millimizə ikinci qolu vurdu - 0:2.
***
Azərbaycan - Uels matçında hesab açılıb. 10-cu dəqiqədə rəqiblərdən Kevin Mur hesabı açıb - 0:1.
***
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.
***
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.
"Report" xəbər verir ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Deniz Aytekindir.
“Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.
Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.