Sifilis xəstəliyindən ölən körpənin anası onu görməkdən dəfələrlə imtina edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Tbilisidə növbəti etiraz aksiyası keçirilir  |     22:30 Ümit Özdağ həbs olundu  |     22:17 “Qalatasaray” Avropa Liqasında xal itirdi  |     22:06 Şahin Mustafayev İran Prezidenti ilə görüşdü  |     21:53 ABŞ dövlət katibindən Ukrayna ilə bağlı ilk açıqlama: Müharibə başa çatmalıdır  |     21:35 Ukrayna keçən il elan edilən hərbi yardımları hələ də ala bilməyib  |     21:14 İmişlidəki qəzada xəsarət alan məktəblinin vəziyyəti ağırdır  |     21:03 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     20:48 Zaqatala Xəstəxanasının direktoru vəzifəsindən azad edildi  |     20:40 Bakıda müğənnin çənəsini sındıran şəxs cəzalandırıldı  |     20:29 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     20:22 Türkiyədə matəm elan olundu  |     19:59 Əhaliyə xəbərdarlıq edildi - Bu gündən...  |     19:50 Türkiyədə oteldə baş verən yanğınla əlaqədar 4 nəfər saxlanıldı  |     19:42 "Mançester Siti" yeni transferini açıqlayıb  |     19:34 Rusiya Federasiya Şurasının sədri Ermənistana səfər edə bilər  |     19:27 Kəmaləddin Heydərov Yerliqayaya başsağlığı verdi  |     19:13 Bakıda məşhur iş adamı həbs olundu - Xəzinədarı 20 min manatını oğurlamışdı  |     18:51 İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı  |     18:34 Bakıda dəhşətli hadisə - Ata üç il övladını zorladı  |    

Sifilis xəstəliyindən ölən körpənin anası onu görməkdən dəfələrlə imtina edib

"Sifilis xəstəliyindən ölən körpənin müalicə dövründə ana ilə dəfələrlə telefon əlaqəsi saxlanılıb, lakin o, uşağı görməkdən imtina edib".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan məlumat verilib.

Bildirilib ki, körpə 2024-cü il avqustun 24-də Kliniki Tibbi Mərkəzdə dünyaya gəlib:

"2024-cü il avqustun 24-də Kliniki Tibbi Mərkəzdə sifilis xəstəsi olan anadan 27 həftəlik 850 qram çəkisində uşaq dünyaya gəlib. Sifilis birbaşa doğum evində aşkar edilib. Körpə anadangəlmə sifilis diaqnozu ilə avqustun 27-də Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə köçürülüb. Körpəyə anadangəlmə sifilis, ekstremal azçəkili uşaq, infeksiya fonunda inkişaf edən sarılıq, hepatit, tənəffüs pozğunluğu sindromu diaqnozları qoyulub.

Sentyabrın 5-də uşaq Reanimasiya şöbəsindən Vaxtından əvvəl doğulmuşların patologiya şöbəsinə köçürülüb. Qeyd olunan diaqnozlarla uşaq 2025-ci il yanvarın 17-dək müalicə alıb, qaraciyərin fermentləri çox yüksək rəqəmlərdə olub. Sifilis xəstəliyinin protokoluna uyğun olaraq, uşaq mütəxəssisin təyinatı ilə şöbədə müvafiq müalicə alıb. Müalicə dövründə ana ilə dəfələrlə telefon əlaqəsi saxlanılıb, lakin o, uşağı görməkdən imtina edib. Yanvarın 17-də axşam saatlarında qəfil ölüm baş verib. Ölüm barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə və Baş Prokurorluğa məlumat verilib", - deyə cavabda qeyd olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            126 21.01.25 16:59