Azərbaycan Şahmat Olimpiadasının qalibi oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:40 Bakıda müğənnin çənəsini sındıran şəxs cəzalandırıldı  |     20:29 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     20:22 Türkiyədə matəm elan olundu  |     19:59 Əhaliyə xəbərdarlıq edildi - Bu gündən...  |     19:50 Türkiyədə oteldə baş verən yanğınla əlaqədar 4 nəfər saxlanıldı  |     19:42 "Mançester Siti" yeni transferini açıqlayıb  |     19:34 Rusiya Federasiya Şurasının sədri Ermənistana səfər edə bilər  |     19:27 Kəmaləddin Heydərov Yerliqayaya başsağlığı verdi  |     19:13 Bakıda məşhur iş adamı həbs olundu - Xəzinədarı 20 min manatını oğurlamışdı  |     18:51 İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı  |     18:34 Bakıda dəhşətli hadisə - Ata üç il övladını zorladı  |     18:15 İdxal zamanı yararsız olduğu aşkarlanan məhsullar məhv edildi  |     17:12 Lavrov: "Rusiya Azərbaycan-Ermənistan məsələsində heç kimin tərəfini tutmur"  |     16:59 Sifilis xəstəliyindən ölən körpənin anası onu görməkdən dəfələrlə imtina edib  |     16:39 Yasamal Rayon Polis İdarəsində YENİ TƏYİNAT  |     16:23 Əli Kərimin oğlunun hökmü 12 il sonra dəyişdi: Müsadirə edilən pullar qaytarıldı  |     16:17 Azərbaycan Ordusunun hərbi qulluqçusu VƏFAT EDİB - FOTO  |     14:39 Azad olunan ərazilərdə daha 189 mina zərərsizləşdirilib  |     14:37 Keçmiş sevgilisini öldürən qadın 10 il azadlıqdan məhrum edildi  |     13:55 Gəncədə 78 yaşlı kişini it dişləyib  |    

Azərbaycan Şahmat Olimpiadasının qalibi oldu

On altı yaşadək şahmatçılardan ibarət “Azərbaycan” komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi olub.

AZƏRTAC xəbər verir ki, Olimpiadanın sonuncu turunda Çin yığması ilə qarşılaşan komandamız qalib gələrək bu mötəbər turnirin çempionu adını qazanıb.

Sonuncu qarşılaşmada şahmatçılarımızdan Vüqar Manafov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı heç-heçə ediblər. Ötən ay 14 yaşlı şahmatçılar arasında dünya çempionu olan Aydın Süleymanlının rəqibinə qalib gəlməsi komandamızın qələbəsini təmin edib. Beləliklə, xallarının sayını 16-ya çatdıran “Azərbaycan” komandası Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə qoyub.

Xatırladaq ki, turnirdə mübarizə aparan digər komandamız “Azərbaycan-Naxçıvan” isə 8 xal toplayıb.

Olimpiadada uğurlu çıxışı ilə yadda qalan “Azərbaycan” komandası yüksək səviyyəli oyun nümayiş etdirərək Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan, Yunanıstan komandalarını məğlub edib. Təkcə Özbəkistan və Ukrayna yığmaları ilə heç-heçə edən şahmatçılarımız liderliyi sonadək qoruyub saxlayıblar.

Yeniyetmə şahmatçılarımızdan ibarət komandamızın qazandığı bu uğur ölkəmizdə güclü şahmatçı nəslinin yetişdiyini bir daha sübut edir. Komandamızın heyətində mübarizə aparan idmançılardan ən yüksək nəticəni Aydın Süleymanlı qazanıb. Doqquz turda yeddi xal qazanan istedadlı şahmatçı gələcəkdə daha böyük perspektivlər vəd edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 737 05.11.19 17:11