Səkkiz idmançımız para taekvondo üzrə Avropa çempionatında iştirak edəcək - ADLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:13 Bakıda yeniyetmənin uşaq evində təhqirə və zorakılığa məruz qalması ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI - VİDEO  |     18:08 Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib  |     17:59 ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərib  |     17:38 Bakının mərkəzindəki tuneldə yük maşını AŞIB - Yolda hərəkət MƏHDUDLAŞDI  |     17:30 Ağstafada yeniyetmə bıçaqlanıb  |     17:17 Məhərrəmlik bitdi, toylar başladı - Qızıl BAHALAŞACAQ?  |     17:15 Bakının bir küçəsi bağlanacaq  |     17:08 Bakı həbsxanasında daha bir məhkum öldü  |     16:39 Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ  |     16:33 Sabah Bakıya leysan, dağlıq ərazilərə qar yağacaq  |     16:28 Polşada ölən tələbə məktəb direktorunun oğlu imiş  |     16:19 Milyonlarla manat pul, mindən çox bank kartı, 25 mənzil - Azərbaycanda ŞOK ƏMƏLİYYAT (VİDEO)  |     16:11 Zabrat yolunda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO  |     16:04 Bibisi qızını qısqanclığa görə bıçaqlayan şəxs cəzalandırıldı  |     15:59 Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı (VİDEO)  |     15:46 Sentyabrın 21-nə olan hava proqnozu AÇIQLANDI  |     15:40 Azərbaycanda COVID-19-un hansı ştamı yayılıb? - Təyyar Eyvazov AÇIQLADI  |     14:35 Zaqatalada nöqsanlar aşkarlanan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb  |     14:15 Zaxarova: "Qərb ölkələrinin Cənubi Qafqazla bağlı dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur"  |     14:00 Sabah Konstitusiya Məhkəməsi parlament seçkisinin nəticələrinin təsdiqlənməsinə baxacaq  |    

Səkkiz idmançımız para taekvondo üzrə Avropa çempionatında iştirak edəcək - ADLAR

Oktyabrın 30-da İtaliyada para taekvondo üzrə Avropa çempionatı keçiriləcək.

Fərid Tağızadə və Yaşar Səfərovun rəhbərlik etdiyi Azərbaycan milli komandası təlim-məşqləri başa vuraraq bu gün İtaliyaya yollanır.

Bari şəhərinin altı min tamaşaçı tutumuna malik “PalaFlorio” idman arenasında keçiriləcək sayca VIII qitə çempionatında ölkəmizi kişilərdən Sadiq Həmidov və Elimxan Manafov ( hər ikisi K-43, -61 kq), İmaməddin Xəlilov (K-44, -61 kq), Əbülfəz Abuzərli, Hüseyn Həsənov (hər ikisi K-44, -75 kq), Vüqar Adışirinov (K44, +75 kq), qadınlardan isə Röyalə Fətəliyeva (K-44, -49 kq) və Aynur Məmmədova (K-44, +58 kq) təmsil edəcək.

Qeyd edək ki, bu yarışda 239 atlet (bunların 69-u qadınlardır) iştirak edəcək. Avropa çempionatı açıq xarakter daşıdığından, başqa qitələrdən də idmançılar mübarizə apara biləcək. Belə ki, bu atletlər 25 Avropa və 21 başqa qitə ölkələrini təmsil edəcək.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 348 28.10.19 17:15