İrlandiyalı MMA idmançısının UFC-də növbəti görüşünün nə vaxt olacağına aydınlıq gəlib.
Median.Az xəbər verir ki, Makqreqorun növbəti görüşü yanvarın 18-də ABŞ-ın Las Veqas şəhərində olacaq.
O bu gün Rusiyanın paytaxtı Moskvada keçirdiyi mətbuat konfransında bunu açıqlayıb. Lakin tanınmış döyüşçü rəqibinin kim olduğunu bilsə də, adını açıqlamayıb:
“Artıq rəqibimi bilirəm. Ancaq onun haqqında danışmayacağam. Çünki UFC yenə onu dəyişəcək”.
Qeyd edək ki, ötən ilin oktyabrın 7-də rusiyalı Həbib Nurməhəmmədova uduzduqdan sonra döyüş keçirməyən Konor Makqreqor Moskvaya bukmeker kontorlarının dəvətiylə gəlib. Onu azarkeş və jurnalistli birlikdə 200-ə yaxın insan gözləyib.
İdmançı isə 10:30-a təyin olunmuş mətbuat konfransına iki saat gec gəlib.